Ana səhifə

Alimlərdən DƏHŞƏTLİ PROQNOZ – İnsanları məhv edəcək ölümcül istilər GƏLİR

    Tarix: 05-07-2017 17:27   
Alimlərdən DƏHŞƏTLİ PROQNOZ – İnsanları məhv edəcək ölümcül istilər GƏLİR

2100-cü ildə yay mövsümü də bəşəriyyət üçün qış qədər ekstremal və təhlükəli fəsilə çevriləcək. “Nature Climate Change” elmi jurnalında “Ölümcül istilərin qlobal riski” sərlövhəli məqalə qələmə alan iqlimşünas alimlər qrupu bu nəticəyə gəliblər.
Publika.az xəbər verir ki, alimləri bu qənaətə gətirən isə 2010-cu ildən Moskva şəhərində hakim kəsilmiş anomal isti hava şəraiti olub. Həmin ildə Moskvada 44 gün ərzində havanın temperaturu 30 dərəcədən yüksək keçib.
“İnsan övladı fərqində belə deyil ki, ekstremal isti hava dalğaları onlar üçün nə dərəcədə təhlükəlidir”, - bu sözləri tədqiqat qrupunun baş mütəxəssisi, Havay Universitetinin professoru Kamilo Mora bildirib.
“Bu gün hər kəsi ən çox qorxudan təhlükə dünyada baş verən terror hadisələridir. Hər dəfə terror aktları zamanı minlərlə insan dünyasını dəyişir. Nəzərinizə çatdırım ki, 2010-cu ildə Moskavada ölümcül istilərdən də, minlərlə insan vəfat etmişdi və bu say getdikcə artacaq”, - deyə iqlimşünas alim həyəcan təbili çalır.
Tədqiqatçı iqlimşünaslar son onilliklər ərzində 36 ölkədə şiddətli istilər nəticəsində baş vermiş, minlərlə insanların ölümü ilə nəticələnən 1900 hadisəni araşdırıblar. Nəticələr isə, heç də, ürəkaçan deyil. İsti hava dalğalarının intensivliyi durmadan artır. Hesablamalar göstərib ki, 1960-2009-cu illər ərzində belə hallar ən çox Hindistanda baş verib.
Mora qeyd edir ki, hazırda dünya əhalisinin 30%-i ilin 20 günü ərzində hava temperaturunun ölümcül həddə qaxdığı ərazilərdə yaşayır. Onun proqnozuna görə, 2100-cü ildə Nyu York və Moskva kimi şəhərlərdə belə ekstremal günlərin sayı il ərzində 50-yə çatacaq.


Mora: “Tədqiqatın nəticələrini “pis” və “dəhşətli” olmaq şərtilə iki hissəyə ayırıram. Əgər hakim dövlətlər Paris razılğına əməl edib, havaya buraxılan istixana qazlarının azaldılmasına nail olsalar, proqnozlaşdırdığımız dövrdə 48% ekstremal ərazi olacaq. Əgər iqlimin tənzimlənməsi haqda gedən danışıqlar bir nəticə verməsə, Yer kürəsində təhlükəli bölgələrin sayı 75%-ə qalxacaq”.
Alimlər ölümcül istilərin hakim olacağı əraziləri temperatur və rütubətin dərəcəsini hesablayaraq, müəyyən ediblər. Onlar qeyd edirlər ki, Selsiyə görə normal insan temperaturu 37 dərəcədir. Xarici temperatur yüksələndə isə, orqanizmdə tərləmə baş verir və hərarət düşür. Buna görə də havanın 37-38 dərəcə istiliyi artıq ekstremal hal sayılır.
Havanın temperaturu 40 dərəcəyə qalxanda isə, orqanizmin soyuducu sistemi bu halın öhdəsindən gəlmir və havanın temperaturu vücudumuza keçir. Əgər təcili tədbir görülməsə, bu hal faciə ilə bitə bilər. Ekstremal istilər rütubətli hava şəraitində yaşayan insanlar üçün daha çox təhlükəlidir. Çünki, həmin ərazilərdə tər bədəndən xaric olmur. Odur ki, hətta 30 dərəcə temperatur belə, ölümcül təhlükə daşıyır. Əsrin sonunda Şərqi Asiya yaşayış üçün tam yararsız hala düşəcək.
İqlimin qlobal dəyişkənliyi isə nə fərziyyə, nə də əfsanədir. Bu bir neçə oniillikdən sonra üzləşəcəyimiz gerçək təhlükədir.
Leyla Sarabi

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net