Ana səhifə

“Elmin allahı” dünya üçün fəlakət ssenarisini açıqladı: “Yerdə həyat məhv olacaq”

    Tarix: 21-06-2017 17:08   
“Elmin allahı” dünya üçün fəlakət ssenarisini açıqladı: “Yerdə həyat məhv olacaq”
Doğru çıxan bir çox proqnozları ilə dünyada “elmin allahı” tanınan ingilis fizik Stefan Havkinq dünya ilə bağlı fəlakət ssenarisini açıqlayıb.

Cebhe.info xəbər verir ki, Norveçdə iştirak etdiyi konfransda çıxış edən fizik "Əvvəl-axır dünya ilə asteroid toqqusacaq",- deyə vurğulayıb.

Yaxın zamanda dünyanın yaşamaq üçün münasib yer olmayacağını iddia edən alim kosmosda yeni planet axtarışının vacib olduğu qənaətini bölüşüb.

Dünyanın asteroid yağışı ilə məhv olacağını bildirən Havkinq "Bunu fizika qanunları və nəzəriyyə söyləyir",- deyə vurğulayıb. Havkinqin fikrincə, kosmosa çıxaraq orda qalmaq insanlığın gələcəyini tamamilə dəyişə bilər: "Bu, bizim bir gələcəyimizin olub-olmadığının cavabını da verəcək. Şübhə yoxdur ki, yeni bir kosmos dövrünün astanasındayıq".

Kosmosda yaradıla biləcək koloniyaların ilk ünvanı kimi Ay və Marsın adını çəkən alim Günəş sisteminin xaricində yer alan Alpha Cenaturi ulduz sisteminin də diqqətə alınmasının vacibliyini deyib.

Xəzər
Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net