Ana səhifə

Qondarma rejimdən daha bir təxribat: Lapşinin taleyindən xəbəsizlər toplaşıb

    Tarix: 17-06-2017 18:06   
Qondarma rejimdən daha bir təxribat: Lapşinin taleyindən xəbəsizlər toplaşıb

Üzeyir Cəfərov: “İştirak edənlərə Lapşinin aqibətini xatırlatmaq lazımdır”

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində “beynəlxalq gənclər konfransı” keçirilir.Və qanunsuz olaraq keçirilən həmin tədbirdə müxtəlif xarici vətəndaşların iştirak etdiyi bildirilir. Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu məsələ haqqında danışarkən deyib ki, adətən, bu kimi tədbirlərin əsas iştirakçılarını əsasən Ermənistan vətəndaşları və digər ölkələrdən olan iki-üç nəfər erməni əsilli şəxslər təşkil etsə də, burada əsl məqsədi siyasi təxribat, qondarma rejimi təşviq etmək və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməkdir.

Ermənsitan tərəfindən dəfələrlə bu kimi təxribatların şahidi olmuşuq.Bəs ümumilikdə Ermənistan Dağlıq Qarabağla bağlı hansı təxribatlara əl ata bilər?



Hərbi ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Ermənistana qarşı verilən bəyanatları sərtləşdirməyə ehtiyac var:

“Əslində xarici işlər nazirinin mətbuat xidmətindən bu cür açıqlamalar verilməsi vacibdir. Sadəcə olaraq bu cür məsələlərdə bir az sərtliyi gücləndirmək lazımdır. Bu cür məsələləri diqqətdən kənarda qoymamalıyıq.Çünki separatçılara göz yumuruq, sadəcə bəyanat səsləndirməklə kifayətlənirik, onlar da öz bədnam fəaliyyətlərini gücləndirməyə çalışırlar.Bu elə bir məsələdir ki, onların sentyarbda keçirmək istədikləri tədbir heç bir dövlətin rəsmi qurumları tərəfindən dəstəklənmir.Aydın məsələdir ki, onlar özləri haqqında bir fikir formalaşdırmağa çalışırlar, “biz də varıq” demək istəyirlər.Amma özləri də gözəl bilirlər ki, ən çox ümid etdikləri, güvəndikləri Ermənistan özü belə onları ciddi qurum kimi tanımır və tanıya da bilməz.Ermənistan özü belə bütün bunların arxasında nələrin durduğunun fərqindədir.Amma bu separatçı qurumlar zaman-zaman Abxaziyadan, Cənubi Osetiyadan, Dağlıq Qarabağdan gəlib ya Moskvada, ya da digər havadarlarının olduğu yerlərdə toplaşıb guya nəyisə müzakirə edirlər”.

Ekspert həmçinin bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən hər kəs diplomatik qaydada sərt cəzalandırılmalıdır:

“Bu məsələni boş buraxmaq da olmaz, amma buna bir faciə kimi də baxmaq lazım deyil. Ancaq Ermənistanın keçirəcəyi tədbirdə iştirak edənlərə xəbərdarlıq etmək lazımdır ki, buna görə məsuliyyət daşıyırlar. Ən azından xarici vətəndaşın Azərbaycan torpaqlarına qanunsuz səfəri kimi və yaxud Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi hallara yol verilməməsinə nail olmaq lazımdır. Orada iştirak etmək istəyənlərin yəqin ki, Xarici İşlər Nazirliyində siyahısı var. Ona görə də XİN bütün diplomatik korpusları işə salaraq onlara xəbərdarlıq etməlidir ki, Azərbaycanın ərazisinə qanunsuz daxil olduqlarına görə Lapşinin taleyini yaşaya bilərlər.Artıq Lapşinin məhkəməsinin vaxtı da məlumdur.Lapşin haqqında veriləcək qərarı da geniş işıqlandırmalıyıq ki, kimlərsə belə bir eşqə düşərsə, onların heç bir məsuliyyətdən kənarda qalmasınlar”.

Vilayət Muxtar
Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net