Ana səhifə

Rusiya müharibəyə hazırlaşır: Ordular gücləndirilir, sərhədlər bağlanır: YENİ PLAN

    Tarix: 16-06-2017 15:42   
Rusiya müharibəyə hazırlaşır: Ordular gücləndirilir, sərhədlər bağlanır: YENİ PLAN
Rusiyanın Tacikistan və Qırğızıstanda hərbi bazalarını gücləndirməsi radikal silahlıların bölgəyə sızması və daha da dərinə getmə ehtimalının artmasından xəbər verir.

Cebhe.info xəbər verir ki, bu fikirlər Rusiya mətbuatında mövzu ilə bağlı yer alan məqalələrdə xüsusi olaraq vurğulanır. Müdafiə naziri Sergey Şoyqunun bazaların gücləndirilməsi barədə çıxışından sonra diqqətlər regiona yönəlib. Adıçəkilən ölkələrə qonşuluqda yerləşən Əfqanıstandan gələn terror təhlükəsinin artması rəsmi Moskvanı belə bir addım atmağa vadar edib. Rusiyanın əlində silahlıların Tacikistan sərhədini yararaq Qırğızıstan sərhədinə qədər irəliləməsi və oradan da Rusiyanın içərilərinə doğru sızmasına dair planlarla bağlı məlumatlar var.

Əfqanıstan-Tacikistan sərhədində vəziyyət ağır olaraq qalır. Hətta Şoyqunun bəyanatına qədər də Tacikistandakı 201 saylı hərbi bazaya yeni reaktiv sistemlərin verildiyi bildirilirdi. Bu baza Rusiyanın xaricdəki ən böyük hərbi bazalarından biridir və Moskva üçün xüsusi əhəmiyyət daşıyır. Düşənbə və Kurqan-Tübedə yerləşən bazada 7,4 min hərbçi var.

Köhnə bazaya yeni silahlar

Bazaya yeni verilən "Uraqan" sistemi 35 km məsafə üçün hesablanıb, üstəlik xüsusi dağ relyefi üçün nəzərdə tutulub. Bundan başqa bazaya operativ "İsgəndər-M”in verilməsi də antiterror tədbirlərində istifadə üçün nəzərdə tutula bilər. "Terminator" helikopteri, Tu-22MZ bombardmançısı, tanklar- bütün bunlar əbəs deyil. Bazanın hərbi təlimləri ən yüksək səviyyədə izlənir və diqqətdə saxlanılır. May ayında bazanın hərbi-taktiki imkanlarını nümayiş etdirmək həm də mesaj idi. Qüvvənin nümayişinə hesablanmışdı.

Silahlılara sərhəddə törədilə biləcək istənilən hücumun qarşının alınacağı mesajı verilirdi.



Mesaj ünvanına çatmayıb

Ancaq görünür, mesaj ünvanına çatmayıb. Belə olmasaydı, Şoyqu öz bəyanatında açıq şəkildə hər iki ölkədəki bazaların gücləndirilməsindən danışmazdı. Əsas qüvvənin Tacikistandakı bazaya cəb ediləcəyi bildirilir ki, bu da Əfqanıstandan gözlənilən təhlükənin daha böyük olması ilə bağlıdır. Tacikistan Əfqanıstanla 1300 km sərhədə malikdir və əgər regionda nəsə baş verərsə, əsas zərbə məhz Tacikistana dəyəcək. Bu ölkənin ordusu isə hücumların qarşısını alacaq gücə malik deyil. Əgər silahlılar Qırğızıstana doğru yol alarlarsa, Rusiyanın köməyi olmadan onların qarşısını almaq da çətin görünür.

Qırğızıstanda 4 Rusiya hərbi obyekti var- Kantda aviabaza, Karakulda hərbi-dəniz təcrübə bazası, Çaldovarda rabitə məntəqəsi və Maylu-Suda seysmoloji məntəqə. Bəzi məlumatlara görə, artıq İŞİD terror təşkilatı Yaxın Şərqdəki digər terror qruplaşmaları ilə Mərkəzi Asiya və Rusiyanın cənubuna təhlükə yaratmaqla bağlı danışıqlar aparır.

“Öz saatını” gözləyən bombalar

Xüsusilə də Mərkəzi Asiyada "öz saatını" gözləyən ocaqların çoxdan yaradıldığı da məlumatlar arasındadır. Əgər burda sosial problemlər bir az daha qabarıq özünü göstərərsə, bu problemlərin fonunda silahlıların aktivləşməsi də an məsələsidir. Rusiyanın son addımları və qəbul edilən qərarlar da göstərir ki, vəziyyət gərginləşir. Əfqanıstanda 3-4 min İŞİD-çinin olduğu barədə məlumat var. Əgər onlar özlərinə yaxın hesab etdikləri digər terrorçu qruplaşmalarla razılıq əldə edərlərsə, təhlükə daha da böyüyəcək.



Rusiyaya yol açıqdır

Mətbuat yazır ki, digər tərəfdən Türkmənistan və Özbəkistan kimi bölgə ölkələri ilə də bəzi məsələlərin həllini tapmaması vəziyyəti daha da gərginləşdirir. Türkmənistanın Əfqanıstanla 744, Özbəkistanın isə 137 km sərhədi var. Türkmənistan hərbi qüvvələri zəifdir və ölkəni müdafiə edəcək qabiliyyətdə olmadığını Moskva hərdənbir xatırladır. Bu ölkə ilə sərhəddə 2-3 min İŞİD-çinin olduğuna dair məlumatlar da var. Bu iki ölkə arasındakı sərhədin zəif nöqtələrindən keçməklə silahlılar Qazaxıstanın qərb rayonlarına çıxış imkanı ələ edə bilərlər. Burdan isə Rusiya yol açıqdır.

Özbəkistanla isə vəziyyət bir qədər fərqlidir və daha asandır. Bu ölkənin ordusu bölgədə ən güclülərdən hesab olunur, büdcədən ordunun maddi-texniki bazası və təchizatına böyük məbləğlər ayrılır. Əfqanıstanla sərhəddə ayırıcı baryer tikilib, özbək hərbçilər onu nəzarət altında saxlayır. Amma bununla belə Amudərya çayından olan Xayraton körpüsü iki ölkə arasındakı sərhədin zəif bəndidir. Digər tərəfdən yeni prezident Şövkət Mirzoyev ölkənin təcrid siyasətinə son qoymaq üçün bəzi addımlar atıb. Rusiyaya səfər də bu addımlardan biridir. Kremldə aparılan danışıqları özbək lider qənaətbəxş hesab edib. Tərəflər ümumi dəyəri 15 milyard dollar olan sazişlər bağlayıb və Dövlət Duması Özbəkistanla hərbi əməkdaşlıq müqaviləsini ratifikasiya edib.

Müqaviləyə əsasən, Rusiya Özbəkistana sərfəli qiymətə silah və hərbi texnika satacaq. Qiymət hətta Rusiyaya başa gələn qiymətlə eynidir. Beləliklə Rusiya özünü həm də təhlükələrdən qorumaq üçün Özbəkistanın silah tədarükünün qeydinə qalır.

Xəzər

Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net