Ana səhifə

Rövşən Lənkəranskinin qətlindən sonra: Böyük “oğru ovu” başlayır

    Tarix: 15-06-2017 14:42   
Rövşən Lənkəranskinin qətlindən sonra: Böyük “oğru ovu” başlayır
Avropada məskunlaşan “qanuni oğru”lara qarşı xüsusi əməliyyat hazırlanır.

Cebhe.info xəbər verir ki, bu barədə Gürcüstandakı “Versiya” nəşri məlumat yayıb. Amerikada keçmiş SSRİ-dən olan “qanuni oğru”lara qarşı əməliyyatda 30-a yaxın şəxsin həbsindən sonra oxşar tədbirlərin Avropa ölkələrində keçirilməsi gözlənilir. Qeyd edək ki, Amerikada Rajden Şulayın rəhbərlik etdiyi dəstəyə qarşı əməliyyatda onun “sağ əli” Zurab Canaşvili, Ako, Hamlet Uqlava, Mixail Toradze, Anna, Artur Vinokurov Azər Arslanyuk, İvan Afanasyev və başqaları saxlanılıb. Dəstənin 5 üzvü isə qaçıb. Dəstə siqaret qaçaqmalçılığından tutmuş oğurluğa qədər bir çox cinayətlərdə ittiham edilir.

Məlumatlara görə, məsələ Rusiya hüquq-mühafizə orqanları ilə də müzakirə edilib. Bu şəxslərin bir çoxu Rusiyadan deportasiya edilib, bəziləri isə axtarışdadır. “Qanuni oğru”ların əksəriyyəti Rövşən Lənkəranskinin öldürülməsi və Kürd Şakronun həbsindən sonra Rusiyanı tərk edərək Avropaya və Amerikaya gedib. Kürd Şakronun həmkarı Piquç da həbsdədir və onun yaxın ətrafı Vasya Voskresin rəhbərliyi altnda ölkəni tərk edib. Onların arasında David Ozmanov, Nodar Asoyan, Şalva Ozmanov da var. Kürd Şakronun maliyyə mənbəyi olan Konstantin Manukyan da gizlənib və barəsində axtarış elan olunub.

Qeyd edək ki, axtarılanların böyük əksəriyyəti Gürcüstan mənşəli “oğru”lardır. Gürcüstan DİN-in məlumatına görə, hazırda 325 gürcü və yezidi kürdü mənşəli oğru var. Onların əksəriyyəti keçmiş SSRİ məkanında, bir hissəsi Avropa ölkələrində fəaliyyət göstərir. Gürcüstandaki “oğru”lar isə həbsdədir.

Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net