Ana səhifə

Bakıda güclü zəlzələ gözlənilir? - Mütəxəssisdən ŞAYİƏLƏRİ DAĞIDAN açıqlama

    Tarix: 16-02-2017 15:02   
Bakıda güclü zəlzələ gözlənilir? - Mütəxəssisdən ŞAYİƏLƏRİ DAĞIDAN açıqlama

Dünyada və qonşu ölkə Türkiyədə zəlzələlərin aktivləşməsi Azərbaycanda da narahatlığa səbəb olub.

BakiPost.az xəbər verir ki, əhali 2000-ci il noyabrın 25-də baş verən güclü zəlzələnin yenidən təkrar oluna biləcəyindən ehtiyat edir.

Əməkdaşımız məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin fikirlərini öyrənib. Mütəxəssis bildirib ki, bunu əvvəlcədən bilmək mümkünsüzdür: "Zəlzələləri müəyyənləşdirmək üçün xüsusi qrafik olmur. Zəlzələlərin təkrarlanması var. Onun dəqiq bir qrafiki yoxdur ki, nə vaxt olduğu bilinsin. Bu olsaydı nə vardı ki?! O zaman zəlzələ olduğu zaman hamı çəkilib bir qıraqda durardı. Heç bir tələfat da olmazdı. İndiyə kimi harada olub ki, əvvəlcədən proqnoz verilsin?Bu mümkün deyil.

Ümumilikdə isə zəlzələ ocağında zəlzələ olmalıdır. Bu aksiomadır. Bunu heç bir tərəfə fırlatmaq olmaz. İnsan kimi yer də həmişə nəfəs alır, hərəkətdədir. Biz ona dinamik hərəkətlər deyirik. Böyük piltələrin hərəkəti və piltələr daxili blokların hərəkəti var.

Piltələr daxili də bloklara parçalanır. O blokların da hərəkəti var. Hər gün xırda-xırda his olunmayan təkanlar olur. Biz buna şükür etməliyik. Bizdə korroziya zonası kimi piltələrin toqquşması baş vermir ki, güclü dağıdıcı zəlzələlər də qeydə alınsın”.

Qurban Yetirmişli xatırladıb ki, Azərbaycanda ən güclü və dağıdıcı zəlzələ 1902-ci ildə olub: "Üstündən 115 il keçib. Həmin zəlzələ nə Azərbaycanda, nə də Şamaxıda təkrarlanmayıb. 2000-ci ildə zəlzələ olanda, kimi deyirdi ki, bu zəlzələ 17 il sonra təkrarlanacaq, kimi də 22 il sonra olacağını proqnozlaşdırırdı. Amma bunların hamısı nağıllardır. Tutar qatır, tutmaz ayran məsələsi”.

Sevinc Yasinqızı
Bakı Post

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net