Ana səhifə

ABŞ və Rusiya ordu komandanları görüşmək üçün Bakıya gəlir TƏCİLİ

    Tarix: 15-02-2017 20:28   
ABŞ və Rusiya ordu komandanları görüşmək üçün Bakıya gəlir TƏCİLİ

ABŞ Silahlı qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Cozef Danford sabah Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla görüşəcək.

Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Pentaqonun rəsmi saytı yayıb. Pentaqon bildirir ki, görüşdə ABŞ və Rusiya arasında hərbi münasibətlərin mövcud vəziyyəti müzakirə olunacaq. “Generallar Danford və Gerasimov “potensial böhranların və yanlışlıqların aradan qaldırılması məqsədi ilə hərbçilər arasında aydın vı ardıcıl əlaqələrin mühümlüyünü” müzakirə edəcəklər”-Pentaqon bildirir.

Bu, ABŞ və Rusiya hərbi komandanlıqları arasında son illərdə baş tutan ən yüksək səviyyəli görüşdür. Və belə görünür ki, görüşün yeri kimi Azərbaycan paytaxtı seçilib. Bu, son vaxtlar ABŞ rəsmilərinin Bakıya etdiklərki bir neçə səfərin məqsədini də açır. Belə görünür ki, generalların görüşünün təşkili üçün hazırlıq işləri aparılırdı.



ABŞ-la Rusiya arasında hərbi əlaqələr Barak Obamanın adminitrasiyası dövründə tamamilə dayandırılmışdı. Tərəflər yalnız Suriya səmasında reydlər keçirən hərbi təyyarələrinin toqquşmaması və digər mümkün insidentlərin qarşısının alınması üçün əlaqələndirici zabitlər səviyyəsində təmas saxlayırdılar. İndi isə ABŞ ordu komandanı ilə Rusiya ordusunun Baş qərargah rəisi arasında görüşdən söhbət gedir. Bu görüş Donald Tramp administrasiyasının Rusiya ilə ilk yüksək səviyyəli təması da hesab oluna bilər. Hansı ki, hazırda Trampın administrasiyasında Rusiya ilə məxfi əlaqələrə görə ciddi qalmaqal yaşanır. Seçki kampaniyası dövründə və seçkilərdən sonra Tramp dəfələrlə deyib ki, İŞİD-in məhv edilməsi üçün Rusiya ilə tərəfdaşlığa hazırdır.

Lakin ABŞ və Rusiya ordu komandanlarının Bakıya təkcə Suriyadakı əməliyyatların koordinasiyasını müzakirə etmək üçün gəldikləri az inandırıcıdır. Hərçənd ki, Tramp administrasiyası Suriyada İŞİD-ə qarşı zərbələri intensivləşdirməyi qərara alıb və son məlumatlara görə “Corc Vaşinqton” təyyarədaşıyanı bu əməliyyatlara cəlb olunub. Pentaqon təyyarədaşıyanın göyərtəindən qalxan aviasiyasının terrorçulara “dəqiq və effektiv zərbələr endirdiyini” bildirir.



Bununla belə tərəflər arasında güclü etimadsızlıq şəraitində nüvə müharibəsi riski də getdikcə artmaqdadır. Ötən gün fevralın 14-də ABŞ administrasiyasındakı mənbə bildirib ki, Rusiyanın orta və yaxın mənzilli nüvə raketləri barədə razılaşmanı pozduğuna dair ciddi şübhələr var.

Mənbənin bildirdiyinə görə, Rusiya yerüstü qanadlı raketlərlə silahlanmış iki batalyonu döyüşə hazır vəziyyətə gətirib. Batalyonlardan biri “Kapustin Yar” poliqonunda yerləşdirilib, ikinci batalyonun isə 2016-cı ilin dekabrında adı açıqlanmayan digər bazada yerləşdirildiyi bildirilir.

Elə həmin gün Pentaqon bildirib ki, Rusiya hərbi aviasiyası Qara dənizdəki Amerika esminetsi “Porter”in yaxınlığında təhlükəli manevrlər edib, təyyarələr transponderlərini söndürüblər və gəmi heyətinin sorğusuna cavab verməyiblər.

F.Məmmədov

Virtualaz.org

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net