Ana səhifə

Rusiyada bütün dünyanı qorxudacaq müharibə təlaşı: Nüvə raketi hazır vəziyyətə gətirildi

    Tarix: 15-02-2017 17:02   
Rusiyada bütün dünyanı qorxudacaq müharibə təlaşı: Nüvə raketi hazır vəziyyətə gətirildi
Rusuya nüvə raketlərindən birini hazır vəziyyətə gətirib.

Cebhe.info xəbər verir ki, bu məlumat Amerika mətbuatında yer alıb. Məlumata görə, yüksək rütbəli şəxs Rusiyanın nüvə raketlərindən birini əməliyyat qərargahına daşıdığını və hazır vəziyyətə gətirdiyini bildirib.

1987-ci ildə imzalanan və orta mənzilli Yerdən atılan raketləri qadağan edən anlaşmanın pozulduğu iddia olunur. Bu anlaşmanı pozan Rusiya gizli şəkildə uzun zamandır sınadığı nüvə raketini artıq əməliyyat qərargahına daşıyıb.

Nüfuzlu “New York Times”ın naməlum mənbəyə əsasən yaydığı məlumata görə, Rusiyanın uzun müddətdir üzərində işlədiyi SSC-8 nüvə başlıqlı raket batareyası Volqoqrad yaxınlığındakı sınaq meydançasından götürülərək əməliyyat qərargahına aparılıb. Sınaq meydançasında 2 nüvə başlıqlı raketin olduğu və onlardan digərinin dekabrda başqa bir yerə aparıldığı qeyd olunub.

Bununla bağlı olaraq hazırlanan hesabatda SSC-X-8 adlandırılan raket başlığının artıq sınaq müddətini başa vurduğu və sınaq dövrünü ehtiva edən “X” hərfinin raketin adından və bütün sənədlərdən çıxarıldığı vurğulanıb.

Xəzər
Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net