Ana səhifə

Rusiyanı məhv etməkçün on gün kifayət edəcək – Pentaqonda hazırlanan MÜHARİBƏ SSENARİLƏRİ

    Tarix: 15-02-2017 16:56   
Rusiyanı məhv etməkçün on gün kifayət edəcək – Pentaqonda hazırlanan MÜHARİBƏ SSENARİLƏRİ

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) analitiki, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Devid Jevberg NATO-Rusiya müharibəsinin mümkün nəticələrini qiymətləndirib.
Publika.az xəbər verir ki, analitik Pentaqonda dünyanın bütün ölkələri ilə müharibə planlarının hazırlanmasında iştirak etdiyini deyib.
“Qeyri-stabil və təcavüzkar rejimlərlə müharibə planları daha ətraflı işlənilir. Bu planlar diqqətlə tərtib edilir və daim düzəliş edilir”, - deyə o bildirib.


Analitik qeyd edir ki, Rusiya ilə potensial müharibə 2003-cü ildə İraqla müharibəyə oxşar olmayacaq: “Hərçənd Rusiyada ordunun sayı və texnoloji inkişafın səviyyəsi yüksəkdir. Amma İraqda intizamlı və təcrübəli ordu var idi. Sərxoşluq və oğurluq yox idi”.
Devid Jevberg bildirir ki, son 25 ildə hərbi iş xeyli irəliləyib. Müharibələrin əsgərlər, tanklar və təyyarələrlə qazanılmadığını deyən mütəxəssis NATO ilə Rusiyanın ümumi daxili məhsulunun miqdarını müqayisə edib. O, dünyanın ümumi daxili məhsulunun 50 faizini istehsal edən NATO-nun 2 faizlik müvafiq göstəricisi olan Rusiyaya qarşı dayandığının bildirib.


“NATO-nun 800 milyard dollarlıq büdcəsinə qarşı Rusiyanın 80 milyardlıq büdcəsi, lazerə qarşı tüfəng. Hətta əgər Putin nüvə zərbəsinə cəsarət edərsə, (hesab edirəm ki, edəcək) sovet raketlərinin yarısı uçarsa, ABŞ-ın əla qorunduğu hava hücumundan müdafiə sistemi təhlükənin qarşısını alacaq. Tək təhlükə bizim sahillərimizdə olan sualtı gəmilərdir. Cavab nüvə zərbəsi olmayacaq. Müharibəni tez bitirməyin daha insansevər üsulları var. Əvvəlcə gözəgörünməz (B-2 STEALTH) bombardmançıları gələcək, hərbi obyektləri və zavodları bombardman edəcək. Putinin dəstəsi bunkerdə gizlənəcək. Rusiya ilə bütün müharibə 10-20 gün davam edəcək. Pentaqonu çox həyəcanlandırır: kapitulyasiya haqqında aktı kim imzalayacaq? “Xalqın xidmətçiləri”ni məhkəməyə verəcəklər. Bizim idarəçiliyimizdə korrupsiya olmayacaq. Biz rusiyalılara yemək, tibb, infrastruktur və texnologiyalarla kömək edəcəyik. Rusiyanın qanuni hökumətinin seçilməsindən sonra təxminən min məsləhətçi verəcəyik. Onlar infrastrukturu, ordu və dövlət institutları düzgün inkişaf etdirməyə kömək edəcəklər. Nə vaxt ki, rusiyalılar özləri öz ölkəsini idarə etməyə hazır olacaqlar, biz Rusiyanı tərk edəcəyik”, - deyə Devid Jevberg müharibənin nəticəsini proqnozlaşdırıb.


Daha əvvəl newru.org saytında ukraynalı ekspert Viktor Şevçuk Rusiya-ABŞ müharibəsinin gedişatı və nəticələrini proqnozlaşdırıb. Birinci variant, qeyri-nüvə qarşıdurmasıdır: “Bunun üçün bir az geri – 1990-cı ildə ki “Səhrada Tufan” əməliyyatına qayıdacağıq. İraqın 650 minlik ordusuna qarşı koalisiya qüvvələrinin təxminən 400 minlik ordusu dayanmışdı. Həmin vaxt İraq ordusu SSRİ ordusundan pis təchiz edilməmişdi. Neft dollarları ilə İraq ən müasir silahları alırdı. Döyüşlərin gedişatında İraq ordusu tamamilə sındırıldı, ekspertlərin qiymətkləndirməsinə görə, itkilər 100 min hərbi qulluqçu təşkil etdi.


Faktiki olaraq İraqın hava hücumundan müdafiəsi strukturu məhv edilmiş, bütün aviasiya və zirehli tank texnikasının yarısından çoxu itirilmişdi. Hətta Səddam Hüseynin şəxsi bunkeri xüsusi bombalarla məhv edilmişdi. Müharibə 2003-cü ildə daha acınacaqlı idi. İraq ordusu sadəcə olaraq mövcudluğunu dayandırdı. 21 gün ərzində İraq ordusu 847 tank və 777 zirehli maşın, 10 min hərbi qulluqçu itirdi. Müasir Rusiya 1990-cı ilin İraqıdır. “Stels” (gözəgörünməz) texnologiyanın tətbiqi ilə pilotsuz aparatlar və ya yüksək dəqiqlik silahlar baxımından ABŞ ordusu ümumi üstünlüyə malikdir. Məsələn AGM-158 JASSM raketi 1000 kilometrə qədər uçuş məsafəsinə malikdir. ABŞ ordusunun arsenalında 5 min belə raket var. Moskva vilayətinin hava hücumundan müdafiə sisteminin bütün strukturunu məhv edilməsi üçün 500-600 AGM-158 JASSM raketi kifayətdir. Hərbi analitiklərin proqnozlarına görə, Rusiya və ABŞ arasında taktik müharibə iki həftə ərzində Rusiyanın məğlubiyyəti ilə nəticələnəcək”.
Onun sözlərinə görə, ABŞ Hərbi-Dəniz Qüvvələrinin sualtı gəmilərinin kəşfiyyat sistemləri Rusiyadan daha yaxşıdır. Ekspert proqnozlaşdırır ki, hərbi zərbə barədə qərar qəbul olunacağı halda Rusiyanın atom sualtı donanmasının hətta 80 faizi su səhtinə çıxmağa vaxt tapmayacaq.
Rusiya ilə bağlı daha bir dəhşətli proqnoz 2013-cü ildə Rusiya baş nazirinin müavini Dmitri Roqozindən gəlib. Dmitri Roqozin hesab edir ki, Rusiya raketlərinin 90 faizinin məhvi üçün ABŞ-a 6 saat lazım olacaq.


“Ötən ilin sonunda Pentaqonda göstərilən hərbi oyunun nəticələrinə əsasən, ABŞ-ın yüksək dəqiqlikli silahının 3,5-4 min vahidinin köməyi ilə 6 saat ərzində rəqibin əsas infrastruktur obyektləri məhv edilə və onu müqavimət imkanlarından məhrum edə bilər", - D.Roqozin deyib.
D.Roqozinin fikrincə, Rusiyaya raket və nüvə proqramında texnoloji sıçrayış lazımdır. Baş nazirin müavininin fikrincə, qarşıdurmanın əhəmiyyətli sahələrində rəqibin üstünlüyündən ehtiyat etmək lazımdır. O, etiraf edib ki, Rusiya Qərbin qabaqcıl ölkələrindən müdafiə texnologiyaları sahəsində geri qalır.
2014-cü ilin martında isə məşhur aparıcı, Kremlin əsas təbliğatçılarından sayılan Dmitri Kiselyov dövlət televiziyasında Rusiyanın ABŞ-ı "radioaktiv kül"ə çevirə biləcək yeganə dövlət olduğunu deyib.


ABŞ-ın “The National Interest” nəşri də oxşar fikirdədir. Nəşr 2016-cı ilin dekabrında yazıb ki, Rusiyanın yarım saat ərzində ABŞ-ı Yer üzündən silməyə qadir tək ölkə olduğunu Vaşinqton unutmamalıdır.
Ömər Dağlı

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net