Ana səhifə

ABŞ-dan hamını maraqlandıran QORXUNC İDDİA: Rusiya nüvə silahını gizlicə ORA YERLƏŞDİRİB ki…

    Tarix: 15-02-2017 15:19   
ABŞ-dan hamını maraqlandıran QORXUNC İDDİA: Rusiya nüvə silahını gizlicə ORA YERLƏŞDİRİB ki…
Rusiya 1987-ci ildə imzalanan “Orta Mənzilli Nüvə Qüvvələr Anlaşması”nı pozaraq, uzun müddət ərzində nüvə raketlərindən birini gizli şəkildə aktivləşdirib.
Publika.az xəbər verir ki, bu barədə “The Nyu York Times” nəşri adını açıqlamadığı amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Rusiya son bir neçə il ərzində təkmilləşdirdiyi SSC-8 nüvə başlığı daşıyan raket batareyasını Volqoqrad yaxınlığındakı “Kapustinq Yar” bazasından çıxarıb. Məlumata görə, raket batareyası ötən ilin dekabr ayında aktiv hərbi əməliyyatın keçiriləcəyi başqa bazaya aparılıb.
ABŞ kəşfiyyatının məlumatlarında Rusiyanın nüvə başlıqlı raket batareyasını sınaqdan çıxarmaq niyyətində olduğu deyilir.
Pentaqonun sözçülərindən Laura Seal da bildirib ki, Rusiyanın anlaşmanı pozması araşdırılmalıdır.
Asif

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net