Ana səhifə

MEBEL, MƏİŞƏT TEKSTİLİ VƏ MƏHSULLARININ BEYNƏLXALQ SƏRGİSİ

    Tarix: 30-03-2016 10:18   
  MEBEL, MƏİŞƏT TEKSTİLİ VƏ MƏHSULLARININ BEYNƏLXALQ SƏRGİSİ


EV ÜÇÜN MEBEL, MƏIŞƏT TEKSTILI VƏ MƏHSULLARI ÜZRƏ BÖYÜK SƏRGI OLAN "AZƏRBAYCAN DECOREXPO 2016" 28-30 APREL 2016-CI IL TARIXLƏRINDƏ, BAKI ŞƏHƏRINDƏ YERLƏŞƏN "BAKI EKSPO MƏRKƏZİ" SƏRGI KOMPLEKSINDƏ TƏŞKIL OLUNACAQ. SƏRGININ TƏŞKILATÇILARI DÜNYANIN MÜXTƏLIF ÖLKƏLƏRINDƏ 20-DƏN ARTIQ TƏDBIR KEÇIRMIŞ SƏRGI SƏNAYESININ APARICI MÜTƏXƏSSISLƏRI OLAN ELANEXPO VƏ ATILIM FAIRS ŞIRKƏTLƏRIDIR.
"Azərbaycan DECOREXPO 2016" eviniz və ofisiniz üçün sərfəli qiymətlərlə geniş seçimli mebel, müxtəlif bəzək və interyer əşyaları, yataq, qonaq, yemək, uşaq otağı, eləcə də hamam otaqları üçün ev tekstili və məişət əşyaları təqdim edəcək.
"Azərbaycan DECOREXPO 2016" - mebel və interyer sənayesində yeniliklər ilə tanış olmağa çalışan, yeni müştəri və tərəfdaşlar axtaran, mövcud biznes əlaqələrini dəstəkləyən, eləcə də regional sənaye bazarını təhlil etməyə imkan yaradaraq sahə üzrə peşəkarlar və müştərilər üçün unikal biznes-platformasıdır.
SƏRGI ÇƏRÇIVƏSINDƏ MEBEL VƏ INTERYER YENILIKLƏRI ÜZRƏ ÇOXSAYLI TƏQDIMATLAR, HƏDIYYƏ AKSIYALARI TƏŞKIL OLUNACAQ. İNTERYER DIZAYNI VƏ MEMARLIQ ÜZRƏ APARICI MÜTƏXƏSSISLƏR MƏSLƏHƏTLƏŞMƏLƏR VƏ MASTER-KLASLAR KEÇIRIRLƏR.
30 aprel -2 may tarixlərində "Azərbaycan DECOREXPO 2015" sərgisində Azərbaycan, Türkiyə, İtaliya, Almaniya, BƏƏ, Koreya və digər ölkələrdən olan 82 aparıcı istehsalçı və distribüter, 4700 sərgi iştirakçısı və 520 B2B görüşləri bir araya gəlmişdir. 2016-cı ildə keçiriləcək sərgidə sərgi iştirakçılarının və ziyarətçilərin sayının 20%-dən çox artacağı gözlənilir.
"AZƏRBAYCAN DECOREXPO 2016" DIZAYN, INTERYER VƏ MEBEL SAHƏSI ÜZRƏ BÜTÜN ISTIQAMƏTLƏRI VƏ YENILIKLƏRI ƏHATƏ EDIR. "AZƏRBAYCAN DECOREXPO 2016" HƏQIQƏTƏN DƏ ESTETIKA, INCƏSƏNƏT, MÜASIR TEXNOLOGIYA BAYRAMI, BIZNES ADAMLARI, DIZAYNER VƏ MEMARLAR ÜÇÜN ILHAM MƏNBƏYIDIR.
SİZİ "AZƏRBAYCAN DECOREXPO 2016" SƏRGİSİNİN İŞTİRAKÇISI VƏ ZİYARƏTÇİSİ OLMAĞA DƏVƏT EDİRİK!

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net