Ana səhifə

“Mən nə qəzet oxuyuram, nə də sayt…” - İcra başçısından şok açıqlama

    Tarix: 09-07-2018 17:30   

 


Qubada bir nəfərin ölməsi, 4 nəfərin yaralanması ilə bağlı xəbər vermişdik. Hadisənin hansı səbəbdən baş verməsi isə hələki bəlli deyil.
Baş verən hadisə ilə bağlı Bizimyol.info – nun əməkdaşı Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə əlaqə saxlayıb. O hadisə haqda olduqca qəribə danışaraq, qəzet sayt oxumadığını bildirib.
“Siz bu haqda məlumat almaq istəyirsiz? Mən nə qəzet oxuyuram, nə də sayt. Qısası budur… Qardaş, mən qəzet oxumuram. Nə baş verirsə mən də camaat kimi televiziyadan məlumat alıram.” -Deyə icra başçısı bildirib.
Jurnalist bir daha Qubada kanatda baş verən hadisəni xatırladaraq bu barədə məlumatlısınızmı? Hadisə hansı səbəbdən baş verib? sualına icra başçısı “aha…aha…” deyə cavab verib, daha sonra isə dəstəyi asıb.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net