Ana səhifə

Xızıda QALMAQAL: bələdiyyə sədrinin Zülfüqarlı qardaşlarına simpatiyası və yaxud Ramiz Mehdiyevə qarşı

    Tarix: 11-06-2018 09:31   



Font ölçüsü

 

moyo.jpg

Xızı bələdiyyəsinin sədri Xaliq Qasımov və keçmiş bələdiyyə sədri, hal-hazırda rayonda Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mövsüm Bağırov haqqında dosye.org-a daha bir şok doğuracaq məlumat daxil olub. Mənbə iddia edir ki, adı hallanan şəxslər Zülfüqarlı qardaşları ilə əlbir olaraq Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevə qarşı çıxıbmışlar. Bu barədə növbəti yazılarımızda daha geniş şərh veriləcək. Kecək mətləbə...

Belə ki, ən çox adı hallanan keçmiş bələdiyyə sədri M. Bağırov böyük korrupsiya hallarına yol verib. Ötən yazılarımızda hər iki şəxs barəsində məlumat vermişdik. Xatırladaq ki, Sumqayıt şəhər sakini Aşırov Nadir Qabil olunun mülkiyyətində olan 0.08 ha torpaq sahəsi adı hallanan şəxslər tərəfindən Zülfüqarlı qardaşlarına satılıb.

Məlumat üçün bildirək ki, Zülfüqarlı qardaşları PA rəhbəri çox hörmətli Ramiz Mehdiyev haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymaqla “tarixə” imza atdılar. Dövlətə və dövlətçiliyə şərəflə xidmət edən PA rəhbəri R. Mehdiyevi hər birimiz yaxşı tanıyırıq. Maraqlısı budur ki, keçmiş Xızı bələdiyyə sədri M. Bağırov Zülfüqarlı qardaşlarına dəstək nümayiş etdirərək bir növ PA qarşı cıxıb. Bunlar azmış kimi Mövsüm Bağırov Altıağac Milli Parkını qohumlarına və digər vətəndaşlara satıb.

Ən əsası Amerikadan gətirilən maklyura ağaclarını qardaşına hədiyyə edib. Qardaşıda öz növbəsində həmən ağaclara meymun gətirilməsini sifariş edib. Görünür, keçmiş bələdiyyə sədri şəxsi maraqları naminə dövlətə küllü miqdarda ziyan vurub. Əlbətdə ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi məktub ünvanlanıb. Bunlardan əlavə M. Bağırov Təbii Sərvətlər Nazirliyinin balansında olan meşə zolağını da saxta sənətlərə bir neçə vətəndaşa satdığı iddia olunur. Məlumatlarda oda vurğulanır ki, vəziyyətin gərginliyini nəzərə alan hər iki "makler" məsüliyyəti Xəzər RİH başçısı Xəzər Aslanovun üzərinə atmağa çalışır.

Bir daha nəzərinizə çatdıraq ki, Xızı bələdiyyəsinin sədri Xaliq Qasımov və keçmiş bələdiyyə sədri, ha-hazırda rayonda Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mövsüm Bağırov müşə zolağını və Nadir Aşırova məxsuz torğaq sahəsini Zülfüqarlı qardaşlarına satıb. Lakin göstərilən torpaq sahəsi Məmmədov Xəqani Valeh oğlu yaxın qohumu N. Aşirovun adına sənətləşdirmək məqsədi ilə bələdiyyə sədri Xaliq Qasımova 10. 000(min) manat pul verdiyini deyir. İnanırıq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vəzifədən sui istifadə edən hər iki şəxsin əməllərini araşdıracaq. Bizim araşdırmalarımız davam edir....

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Dosye.org

Meşə zolağının satılmış ərazisi fotolarda

moq5.jpg

moq4.jpg

moq2.jpg

moq1.jpg

moq.jpg

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net