Ana səhifə

"Mənə ona görə "Zəhər Mamed" deyirlər ki..." - YENİ İCRA BAŞÇISI

    Tarix: 09-06-2018 18:18   



"Mənə ona görə "Zəhər Mamed" deyirlər ki..." - YENİ İCRA BAŞÇISI






Tovuz rayon İcra Hakimiyyətinə yeni təyin olunan icra başçısı Məmməd Məmmədov islahatlar olacağının anonsunu verib.

Yeni başçı Tovuz rayonunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər planı hazırladığı haqda unikal.org-a danışıb.

- Prezident İlham Əliyevin sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinə başçı təyin olundunuz. Bu təyinatı gözləyirdinizmi?

- Cənab prezident bizim qarşımızda böyük tələblər qoyub. Bu tələblərdən biri xalqın maddi rifahının yaxşılaşdırılmasıdır. Rayonda yollar çəkilib, təsərrüfatlar qurulub. Bu işlər bizi qane eləmir. Mənə daha çox əhalinin xidmətkarı olmaq tapşırığı verilib. Mən də hər zaman bu tapşırığı icra etməyə çalışacam.

- Rayon əhalisinin məşğulluğunu artırmaq üçün hansı tədbirlər görməyi planlaşdırırsınız?

- Kəndlərdə olan əhalinin məşğulluğunu artıracağıq. Müəssisələr və obyektlər yaradacağıq, sahibkarlara yeni imkanlar tanınacaq. Sahibkarlara aktiv fəaliyyət üçün kömək edəcəyik. Onların daha çox gəlir əldə etməsinə imkanlar yaradacağıq.

- Rayon İcra Hakimiyyətində kadr islahatı olacaq? Yeni təyinatlar gözlənilirmi?

- Mən işə yeni başlamışam. Təyinatlar mütləq olacaq, İcra Hakimiyyətinin kadrları arasında cavanlaşma siyasəti aparacağıq.

- "Aqrokimya"da fəaliyyətinizi davam etdirirsinizmi?

- Təyinatıma görə mən orada işləməmək qərarı vermişəm.

- Mətbuatda sizə "Zəhər Məmməd" təxəllüsü ilə müraciət edildiyi qeyd edildi. Sizi yaxından tanıyanlar sizə belə müraciət edirlər?

- (gülür) Mən bitki mühafizəsi sahəsi ilə məşğul olmuşam. Bitkiləri qorumağa çalışmışam. Yəqin ona görədir. Deyirlərsə, elin ağzını yummaq olmaz.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net