Ana səhifə

DİN- dən təkzib gəldi

    Tarix: 07-06-2018 09:14   
 

DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov:
- Qazax rayon sakini Mahir Yusubovun bəzi xəbər saytlarında yerləşdirilmiş
müraciətində Ağstafa RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları barədə
səslənmiş iddialar həqiqətə uyğun deyil və böhtan xarakterlidir və əslində bu, yol
polisi-sürücü münasibətlərinə aid sıradan bir hadisənin mahiyyətinin təhrif olunmuş
formada təqdimatıdır.
Bu şəxsi yol polisi əməkdaşları haqqında olduqca qərəzli və şantaj mahiyyətli
məlumatlar yaymağa bu il mayın 29-da idarə etdiyi "Mercedes” markalı 10-ZO-226 dövlət
qeydiyyat nişanlı avtomobilin saxlanılması, baxış zamanı sürücü M.Yusubovun dostu-
həmyerlisi Elşad Əzimovun avtomobili sərxoş halda idarə etməsi səbəb olub. Təbii ki, yol
polisinin əməkdaşları tərəfindən bu fakt qanunvericiliyə uyğun olaraq sənədləşdirilib,
sürücü E.Əzimov barəsində İnzibati Xətalar Maddəsinin müvafiq maddəsinə uyğun
protokol tərtib olunmaqla sənədləri aidiyyatı üzrə Qazax RPŞ-yə göndərilib.
Həmin avtomobillə Mahir Yusubovun da əvvəllər yol hərəkəti qaydalarını dəfələrlə
kobud şəkildə pozduğu, o cümlədən adıçəkilən nəqliyyat vasitəsini sərxoş halda, sürət
həddini aşmaqla idarə etdiyi, bu zaman barəsində tətbiq olunan, ümumilkdə 818 manat
məbləğində cərimələrin ödənilmədiyi nəzərə alınaraq sözügedən "Mercedes”in mühafizə
olunan duracağa qoyulmasına dair qərar qəbul edilib və bu prosedur sürücünün iştirakı ilə
həyata keçirilib, sonuncu barəsində tərtib olunmuş protokola hər hansı şəkildə etirazını da
bildirməyib. Daha sonra M.Yusubovun cərimələri ödəmədən avtomobilini duracaqdan
çıxarmaq cəhdləri nəticəsiz qaldığına görə o, mətbuatda böhtan xarakterli çıxışlar edir, yol
polisi əməkdaşlarına böhtan atmaqla özünü təmizə çıxarmağa çalışır ki, bu da hüquqi
məsuliyyət doğurur.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net