Ana səhifə

“10 il vətənə xidmət etdim ki, indi dilənçilik edim?” VİDEO

    Tarix: 06-06-2018 00:37   


Yardımlı şəhər sakini Nəsirov Zaur torpaqlarımız uğrunda döyüşdüyünü bildirir. 1996-cı ildən başlayaraq gizir rütbəsində müxtəlif hərbi hissələrdə qulluq etdiyini deyir. İki dəfə ağır yaralanıb. Əmək qabiliyyətini itirib. Nə fəhlə işləyə bilir, nə də təqaüd ala bilir. Ünvanlı sosial yardım isə elektron ərizə formasına keçənə kimi ala bilib. İki ildir ondan da məhrum olub.

Deməsinə görə, ağır durumu ilə bağlı müraciət etmədiyi qurum qalmayıb.

Saytımıza müraciət edərək, problemlərinin ictimaiyyətə çatdırılmasını istəyib. “Əslində mənim etdiklərimə görə mükafatlar verilməli idi. Lakin başlarına dəysin, heç olmasa mənə qanuni düşən əlillik təqaüdümü versinlər. Heç kəsə möhtac qalmayıb. 70-ci illərdən qalan  uçuq-sökük ata evində yaşayıram. Arada deyirəm uçsun qalım altında. Sonra övladlarımı gözümün önünə gətirib dayanıram. Dostların ümidinə yaşayıram. Onların yardımı olmasa nə edərəm bilmirəm? 10 il vətənə xidmət etdim ki, indi dilənçilik edim? Ermənidən mənə ancaq qəlpələr yadigar qaldı”, -deyə Zaur Nəsirov telefon söhbətində bildirib.

Daha sonra onkoloji xəstəliyə düçar olduğunu da deyən döyüşçü müalicə xərclərini də ödəyə bilmədiyini deyib. Təqaüd üçün isə ondan külli miqdarda rüşvət istənildiyini iddia edən Zaur Nəsirov bu məbləği ödəmək imkanından kənar olduğunu bildirir.

azadliq.info

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net