Ana səhifə

Neftçala DSMF-nin rayon şöbəsinin müdiri Salmanov Ramil qurumda“bazar” açıb

    Tarix: 12-05-2018 11:47   



 

DSMF-nin Neftçala rayon şöbəsinin müdiri prezidentin sərəncamından sui- istifadə edərək cibini doldurmaqla məşğuldur

Salmanov Ramil sayəsində Neftçala sakinlərinin xeyli hissəsi “əlillə”, “təqaüdçüyə” çevrilib. Təbii ki, bu elə-belə, yəni havayla-suyla olmayıb, rüşvətlə olub.

Neftçaladan daxil olan məlumata görə, Neftçala DSMF-nin rayon şöbəsinin müdiri  Salmanov Ramil qurumda əməlli başlı “bazar” açıb. Bu bazar isə əsasən pensiya bazarından ibarətdir.

Saytımıza daxil olan məlumata görə hazırda Neftçala rayonunda saxta yolla pensiyaya çıxmaq və yaxud pensiya müavinatını artırmaq çox asan bir məsələyə çevrilib. Məhz Salmanov Ramil sayəsində Neftçala sakinlərinin xeyli hissəsi “əlillə”, “təqaüdçüyə” çevrilib. Təbii ki, bu elə-belə, yəni havayla-suyla olmayıb, rüşvətlə olub.

Saytımıza daxil olan məlumatda vurğulanır ki, prezident İlham Əliyevin ölkə vətəndaşlarının əməkhaqqlarının qaldırılması  üçün verdiyi sərəncam Salmanov Ramilin işinə yarıyıb. Belə ki, idarə müdiri ki, büdcə təşkilatlarının  işçilərindən rüşvət alaraq onların əmək haqqlarını qaldırmaqla yaxşıq azanc əldə edir.

Neftçala sakinləri iddia edirlər ki,Salmanov Ramil  hər bir işçidən minumum 200 manat rüşvət alıb. Həyata keçirtdiyi saxta işlər sayəsində  Salmanov Ramil xeyli-sayda mal-mülk əldə etdiyi deyilir.

Araşdırmamız davam edir və mövzunu davam etdirəcəyik…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Zəfər
Haqqınaz.org
шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net