Ana səhifə

Mingəçevirdə həkim səhlənkarlığı 22 yaşlı gəncin ölümünə səbəb olub

    Tarix: 25-03-2018 10:54   

 İcbari tibbi sığortanın qurbanı


Martın 14-də axşam saatlarında Mingəçevir şəhərindəki “Qədiroğlu” restoranında müştərilər – 1998-ci il təvəllüdlü Emil Çingiz oğlu Həsənovla dostu, 1996-cı il təvəllüdlü Orxan Elxan oğlu Mamedovun arasında şəxsi münasibətlər zəminində dava baş verib. Emil Həsənov restoranın mətbəxindən götürdüyü bıçaqla Orxan Mamedovun bud nahiyəsinə xəsarət yetirib. Bu zaman davanı sakitləşdirmək istəyən restoranın ofisiantı, 2000-ci il təvəllüdlü Seymur Zeynalov da xəsarət alıb.

S.Zeynalovdan fərqli olaraq, Orxan Mamedovun şah damarı kəsildiyi üçün çoxlu qan itirib və təcili tibbi yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub. Sonradan vəziyyəti ağırlaşdığından o, Gəncə Beynəlxalq xəstəxanasına aparılıb. Oradan bildirilib ki, Mingəçevir xəstəxanasında O.Mamedova lazımı tibbi yardımı göstərilmədiyi üçün ayağında cürümə başlayıb. Beləcə, ölümünə səbəb olan bıçaq yarasının birini də 2-ci ildir ki, icbari tibbi sığorta sisteminin tətbiq olunduğu Mingəçevir şəhər Mərkəzi xəstəxanasının həkimlərindən alan 22 yaşlı gənc martın 24-də dünyasını dəyişib.

Qeyd edək ki, bu acı xəbər mərhumun dostları sosial şəbəkədə “BİR YETİM, BİR KASIB… Ay Təcili Yardım… Ay vicdansız, işindən xəbərsiz Mingəçevirdəki həkimlər, ÖLDÜ EYYY UŞAQQQ!!!” yazaraq paylaşıblar.

Bir daha qeyd edək ki, Mingəçevir şəhər Mərkəzi xəstəxanasında tam bir gestapo rejimi hökm sürür. Xəstəxanada baş verənlər, burayla bağlı bütün məlumatar ictimaiyyətdən cidd-cəhdlə gizlədilir.

Məlumat üçün bildirək ki, Mingəçevir şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsə Könül Ələkbərov rəhbərlik edir. Məhz onun gəlişindən sonra xəstəxananın fəaliyyətilə bağlı narazılıqlar pik həddə çatıb. Bir neçə dəfə buradakı müalicədən narazı qalan xəstə yaxınları tibb müəssissəsinə hücum çəkmiş, xəstəxananın şüşələrini sındırmış, hətta texniki vasitələrə belə zərər yetirmişlər.

Ötən ilin sonlarında isə xəstəxananın kardiologiya şöbəsinin müdiri Novruz Həsənovla şöbənin xanım həkmi arasında yaranan mübahisə sonradan davaya çevrilmiş, bu zaman xanım həkm kəsici alətlə Novruz həkimin boğaz nahiyəsinə xəsarət yetirmişdi. Xoşbəxtlikdən xəsarət elə də ciddi olmamış, davanın qarşısı ətrafda olan tibb personalı alınmışdı. O zaman hadisə şahidlərinin sözlərinə görə, davaya səbəb kardioloqların xəstəni “paylaşa” bilməmələri olmuşdu.

Bu gün Mingəçevir sakinləri üçün şəhər İcra Hakimiyyəti başçısının qəbuluna düşmək Könül Ələkbərovun qəbuluna düşməkdən qat-qat rahat və asandır. İcra başçısını təsadüfən misal gətirmədik. Nə qədər paradoksal səslənsə də, icra başçısından fərqli olaraq K.Ələkbərovun kabinetinin qarşısında silahlı mühafizəçi (!) keşik çəkir.

Bütün bunlar Mingəçevir xəstəxanasında baş verənlərin çox cüzi bir hissəsidir. Hesab edirik ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi Könül Ələkbərovu mətbuatdan (əldə etdiyimiz məlumatlara görə, hətta bölgədə fəaliyyət göstərən hökumət qəzetlərinin müxbirlərinə belə K.Ələkbərova yaxınlaşmamaq tapşırılıb, bunu onun məlumat vermək səlahiyyəti olmamağıyla izah ediblər), ümumiyyətlə, əhalidən qorumaq əvəzinə xəstəxananın fəaliyyətini ciddi şəkildə araşdırsa daha doğru olardı.

Azər

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net