Ana səhifə

Qobustanda ölmüş adamların adından torpaq alqı-satqısı olub VİDEO

    Tarix: 09-02-2018 10:55   
Qobustanda ölmüş adamların adından torpaq alqı-satqısı olub VİDEO

Qobustan rayonu Qaracüzlü kənd sakinləri görünməmiş dələduzluqla üzləşiblər. Torpaq islahatı zamanı onlara çatan pay torpaqlarına Dövlət Reystr xidmətindən şəhadətnamə almaq istədikdə məlum olub ki, Qaracüzlü kəndinin əksər torpaqları Məmmədov Malik Xeyrulla oğlu adlı şəxsə satılıb. Kənd sakinlərinin iddiasına görə Qaraçüzlü bələdiyyəsinin sədri olmuş Musayev Əlikram Ələkbər oğlu Notarial kontorda işləyən qohumu Seyidov Tofiq Seyidqulu oğlunun əli ilə kənd sakinləri adından saxta etibarnamə əldə edərək onların torpaqlarını alqı-satqı edib.
Birinci instansiya məhkəməsi kəndlilərin xeyrinə qərar çıxarsa da, Sumqayıt apellyasiya məhkəməsində qərar dəyişdirilib. Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyərək, alqı-satqını qanuni hesab edib.

Araşdırma zamanı məlum oldu ki, Qobustan ərazisində torpaq alan Məmmədov Malik Xeyrulla oğlunun adı daha bir qalmaqalda hallanıb. Bir necə ay əvvəl Ağsu və İsmayıllı rayonlarının kəsiydiyi ərazidə yerləşən “Şöhlətoğlu” istirahət mərkəzinin sahibi Novruz Gülmməmədovla da Məmmədov Malik arasında torpaq çəkişməsi barədə mediada materiallar yayılmışdı. O zaman Malik Məmmədov gömrük generalı Nazim Məmmədovun adamı kimi qələmə verilirdi. Adı çəkilən torpaqların əsl sahibi isə Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov göstərilirdi.
Məsələ ilə bağlı adı çəkilənlərin mövqeyini dərc etməyə hazırıq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net