Ana səhifə

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsindən təkzib gəldi

    Tarix: 07-02-2018 08:48   
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsindən təkzib gəldi

“AnaXeber” informasiya portalının baş redaktoru
cənab Azər Talıbova
Hörmətli Azər müəllim!
Bildiririk ki, Sizin rəhbərlik etdiyiniz informasiya portalında 24.01.2018-ci il
tarixdə “Əbülfəs Qarayevin işçiləri YAP-çıları cinayətə sürükləyir.
Ağstafadan ilginc şikayətlər” başlıqlı dərc edilmiş məqalədə göstərilən
yalançı faktlar və “sübutlar” Ağstafa Regional Mədəniyyət və Turizm
işçiləri arasında qəzəb, həm də nifrət hissi yardıb.
Məlum edirik ki, hansısa boşboğazın, mədəniyyətdən və onun
funksiyasından başı çıxmayanın cızmaqarası ilə yazılan yazıda heç bir dəlilə
söykənilməmiş, şər-böhtana yol verilmişdir.
Hər şeydən əvvəl bildiririk ki, Azərbaycanda “Kütləvi İnformasiya
Haqqında” gözəl qanun var. Həmin qanunda juranilstin peşə -davranış
qaydaları, hansı şərtlər daxilində məqalələrin çap edilməsi, juranlist
peşəsindən sui istifadə edənlərə inzibati tədbirlərin görülməsi və sairə
kimi məsələlər öz əksini geniş surətdə tapmışdır. Lakin təəssüf edirik ki,
tamamilə anonim xarakterli, yəni yazının altında heç bir müəllifin adı
göstərilmədən dərc edilərək, Ağstafa Regional Mədəniyyət və Turizm
İdarəsinin rəisi cənab Ramiz Quliyevin şərəf və ləyaqətinə, işgüzar
nüfuzuna xələl gətirilib. Maraqlıdır, hansısa bir naqisin imzası olmadan, adi
bir imeillə göndərilən yazı materialı necə dərc oluna bilir? Məgər
redaksiyalara göndərilən yazılarda qanuna görə qarşı tərəf dinlənilməli
deyilmi? Bu cür əgər yazı adlandırmaq mümkündürsə, yazılarda sayt
redaktoru özünü haqsız tənqid olunan insan yerinə qoysa, görəsən onun
əhvalı necə ola bilər?
Bildiririk ki, sözügedən sahəyə daş atmaq istəyən, idarədə işinin
öhdəsindən gələ bilməyən, əmək intizamını pozan, gözəl yaradılmış iş
şəraitini qəbul edənməyən insandır . O, “qarayaxma” kampaniyasını
aparmaqla, böhtanla guya idarənin iş ahənginə maneçilik törətmək
niyyətindədir. Əgər dəqiq sübutları, dəlilləri varsa onda yazının sonunda
imzasını qoysun, əsalandırılmış faktlar ortaya çıxartsın. Üstəlik hüquq-
mühafizə orqanlarına da müraciət etsin. Yenə deyirik, təəssüflər olsun ki,
həmin “maymaq” heç cürə etdiyi hərəkətlərin məsuliyyətini dərk
etmədən, olmazın fikirlər söyləyir, bir söz, aranı qatır.
Bir daha qeyd edirik ki, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin
Rəisi gəldiyi gündən idarələrdə əmək intizamı düzəlmiş, işçilər arasında
ruh düşgünlüyü aradan qaldırılıb, ərizə və şikayətlərə vaxtı-vaxtında baxılır,
regionda mədəniyyət və turizmin daha da inkişafında ciddi dönüş yaradılıb.
Bu deyilənləri idarənin hər bir işçisi də təsdiqləyı bilər.
Odur ki, rəhbəri olduğunuz “AnaXeber” informasiya Portalında əks tərəf
kimi cavabımızı nəzərə alaraq, dərc etməyinizi xahiş edirik.
Sağ olun.

Hörmətlə : (imza var) /İlham Hacalı/
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin
Ictimai əsaslarla mətbuat xidmətinin rəhbəri
06 fevral 2018-ci il

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net