Ana səhifə

“Azərişıq”ın Şirvan qaranlığı - Baba Rzayev üçün Hikmət Həsənov müəmması

    Tarix: 22-01-2018 08:44   
“Azərişıq”ın Şirvan qaranlığı - Baba Rzayev üçün Hikmət Həsənov müəmması

Təxminən iki il öncə, 2016-cı ilin mart ayında Nazirlər Kabineti “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişikliklər edərək regional elektrik şəbəkələrini ləğv etdi və 7 regional enerji təchizatı və satışı idarəsi yaradıldı. Təxminən bir ay sonra isə “Azərişıq” ASC-nin tabeliyində olan “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) iki yerə bölünərək yerində “Cənub” və “Şirvan” RETSİ yaradıdlı və bununla da qurumun tabeliyində olan RETSİ-lərin sayı 8-ə çatdı. “Şirvan” RETSİ-yə Hikmət Həsənov rəis təyin olundu. Mərkəzi Şirvan şəhərində yerləşən “Şirvan” RETSİ-yə Şirvan, Salyan, Hacıqabul, Neftçala elektrik şəbəkələri tabe edildi. Bununla yanaşı, əvvəllər “Aran” RETSİ-yə daxil olan Saatlı və Sabirabad elektrik şəbəkələri də hazırda “Şirvan” RETSİ-nin tabeliyindədir. Bu yazımızda cumhuriyyet.az olaraq “Şirvan” RETSİ və onun rəisi Hikmət Həsənovla bağlı bəzi məqamlara toxunacayıq.
Bildirək ki, H.Həsənov əvvəllər “Azərenerji”nin Enerji Təchizatı İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu postda olarkən də onun adı mediada müxtəlif qalmaqallarda hallanıb: “E.Pirverdiyevin yaxın dostudur, onun “əsas işi” isə rayonlarda olan enerji təchizatı idarələrindən haqq yığmaqdır”. Araşdırmamıza görə H.Həsənov “Azərenerji”dən məhz bu kimi qalmaqallara görə uzaqlaşdırılıb. Amma “bacarıqlı məmur” dərhal da özünə iş tapıb və Baba Rzayevin ilk regional idarələrindən birinə rəis təyin olunub. Hikmət Həsənovun Şirvan RETSİ-də maxinasiya və korrupsiya əməlləri haqda cumhuriyyet.az-a daxil olan məlumatlar isə kifayət qədər ciddidir. Redaksiyamıza daxil olan məlumatlarda rəis H,Həsənovun satış üzrə müavini Ceyhun Rzayevlə birgə korrupsiya əməliyyatlarından bəhs olunur. Onu da bildirək ki, rəisi kimi müavin C. Rzayevin də məmur keçmişi şəffaf deyil. Belə ki, daxil olan məlumatlarda onun hələ “Azərenerji”də işləyən vaxt Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən fəaliyyətinin araşdırıldığı və məhkəmə qətnaməsi ilə dövlətə vurduğu zərərin ödənildiyi bildirilir.
Hazırda Şirvan RETSİ-də rəis Hikmət Həsənovla müavin Ceyhun Mirzəyevin rəhbərliyi altında aparılan ən uğurlu maxinasiya prosesi yeni tikilən binaların sayğaclaşdırılması ilə bağlıdır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə Şirvan şəhərində “Sərvət Tikinti” MMC, “Şəfəq İnşaat” MMC və “Ana Kür” MMC tərəfindən tikilən çoxmənzilli yaşayış binalarına məhz Şirvan RETSİ-nin rəhbərliyi tərəfindən hər biri 200 manat olmaqla sayğaclar satılır. Adi qaydada sayğcların bazar qiyməti 50-70 manat təşkil edir. Şirvan RETSİ rəhbərliyi isə tikinti şirkətlərini binalara işıq verilməyəcəyi ilə təhdid edərək onlara öz qiymətlərini diktə edir. Maraqlıdır ki, adıçəkilən binalara quraşdırılan və Hikmət Həsənov-Ceyhun Mircəyev cütlüyü tərəfindən satılan sayğaclar üzərində “Azərişıq”in standarta uyğunluq möhürü yoxdur.
Şirvan RETSİ-də digər bir gəlir mənbəyi isə iri müəsisələrə texniki şərt verilməsi və yüksək gərginliyə uyğun sayğacların quraşdırılması ilə bağlıdır. Şirvan şəhərində belə əməliyyatların bir neçəsi haqda da cumhuriyyet.az-a məlumat daxil olub. Məsələn, “Bolluq” supermarketə texniki şərt olmadan 3 fazaya uyğun sayğac yerləşdirilib. Normalda bu proses müəsisənin dövlətə rüsum ödəyərək texniki şərt alması ilə həyata keçirilməliydi. Amma rəis H.Həsənovun “elmi kəşfi” sayəsində daha az miqdarda (bu proses 3-5 min manata həyata keçirilir) rüşvətlə görülüb. Eyni əməliyyat “Yaşıl” market, “Rövşən” şadlıq sarayının yanındakı çörək sexində də aparılıb. Hər bir obyektdə isə onun biznes gücünə uyğun rüşvət qiyməti 3 min manatdan 8 min manatadək dəyişib. Şirvan RETSİ rəisinin ən unikal tədbiri isə Bəhram adlı sürücüsünə məxsus kafeyə heç bir sənəd və texniki şərt olmadan 3 faza sayğac qoydurması olub.
Mövzunu davam etdirəcəyik….шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net