Ana səhifə

Bərdədə ana doğuş vaxtı öldü: Həkim meyidi masada qoyub qaçdı

    Tarix: 19-12-2017 23:56   
  Bərdədə ana doğuş vaxtı öldü: Həkim meyidi masada qoyub qaçdı
Bu gün, dekabrın 19-da Bərdə Mərkəzi Xəstəxanasının Doğum Evində 31 yaşlı ana doğuş vaxtı ölüb.

Bu haqda “Basta”ya Bərdə rayonundan olan oxucumuz Müsafir Cəmilli məlumat verib.

Məlumatda bildirilir ki, Bərdə rayonu, Həsənqaya kənd sakini Əliyeva Könül Kamil qızı ikinci uşağını dünyaya gətirmək üçün Doğum Evinə aparılıb. Burada cərrah Zərnigar Allahverdiyeva və anestezioloq Kifayət Hacıyeva qeysəriyyə əməliyyatına hazırlayıblar. Lakin əməliyyat vaxtı Könül Əliyeva ölüb.

Bildirilir ki, əməliyyat vaxtı təlaşa düşən Zərnigar Allahverdiyeva meyidi cərrahiyyə masasının üstündə qoyub qaçıb. Körpə xoşbəxtlikdən sağ qalıb.

Mərhumun həyat yoldaşı Mənsur Orucov xanımının ölümündə həkimləri günahkar sayır. O, ölümün səbəbi ilə bağlı tibbi ekspertizanın yerli strukturlar tərəfindən keçirilməsinə etiraz edib.

Bundan sonra Rayon Polis İdarəsinin məsul şəxsləri mərhumun evinə gələrək bildiriblər ki, ölümün səbəbi Bakıdan dəvət olunacaq ekspertlər tərəfindən müəyyən ediləcək.
шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net