Ana səhifə

Ağsu rayon Prokurorluğunun qarşısında etiraz aksiyası-''Əxlaqsız qadın müdafiə olunur''/VIDEO

    Tarix: 29-11-2017 08:38   
Ağsu rayon Prokurorluğunun qarşısında etiraz aksiyası-''Əxlaqsız qadın müdafiə olunur''/VIDEO
Bu gün Ağsu rayonunda bir qurup sakin Rayon Prokurorluğunun qarşısında etiraz aksiyası keçirib. Sakinlərinin Reportyor.org-a verdiyi məlumata görə, rayonun Abasxanlı kənd sakini Məmmədova Əflakə Tapdıq qızı rayonda saxta jurnalist vəsiqəsi ilə sözün əsl mənasında "qaz vurub" qazan doldurur. Rayonun bütün idarə və müəssisələri ondan qorxur və hər ay saxta jurnalistə haqq ödəyirlər. İş o yerə çatıb ki, Aflakə deyilən qadın Cənab Prezidentimizin rayonda gördüyü abadlıq qurulucuq işlərini öz adına çıxarır. Etirazçılar onu da qeyd ediblər ki, artıq neçə ildir Ağsu Rayon Prokurorluğu dələduz qadını müdafiə edir. Rayon Polis İdarəsində açılan cinayyət işini rayon prokurorluğu icra etmir. "Əxlaqsız bir qadın olasan və bu cür müdafiə ediləsən" deyən sakinlər əlavə edirlər ki, "biz bunu anlamırıq". Şikayətçilər daha sonra bildirib ki, dəfələrlə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa ərizə ilə müraciət etmələrinə baxmayaraq, nəticə hasil olmayıb. Etiraz edən sakinlər rayonda müdafiəsiz qaldıqları üçün həyatlarını təhlükədə hiss edirlər. Onların şikayyətinə baxılmadığı tədqirdə vətənlərini tərk edib başqa ölkələrə sığınmaq məcburiyyətində qalacaqlarını qeyd ediblər. Qeyd edək ki, qarşı tərəfin müvqeyini dərc etməyə hazırıq:

Reportyor.org
Ə.Arifə

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net