Ana səhifə

İcra başçısı Ağır Cinayətlər Məhkəməsində dindiriləcək - Dələduzluq işinə görə

    Tarix: 20-09-2017 11:38   



İcra başçısı Ağır Cinayətlər Məhkəməsində dindiriləcək - Dələduzluq işinə görə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi işləmiş, dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Eldar Mikayılovun icraatında olan prosesdə barələrində məcburi gətirilmə qərarı çıxarılan şahidlərin məhkəməyə gəlmədiyi bildirilib.

T.İbrahimov isə əlavə edib ki, işdə adı keçən, Ağdam rayon icra başçısı Raqub Məmmədov məhkəməyə çağırılaraq dindirilməlidir. Hakim bildirib ki, bu işlə bağlı R.Məmmədov istintaqda ifadə verib, həmçinin məhkəməyə gəlib ifadə verməsi də təmin ediləcək.

Məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, T.İbrahimov (Fətişoğlu) sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və bir neçə il Moskvada mühacirətdə yaşayıb. Teylor Fətişoğlu külli miqdarda pul aldığı şəxsləri vəzifəyə düzəldəcəyini vəd edirmiş. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzkuq, külli miqdarda törədildikdə) ilə ittiham edilir.

Zərərçəkənlərdən biri, İsmayıl Məmmədov icra nümayəndəsinin müavini təyin olunması müqabilində T.İbrahimova 5 min manat verib. Lakin verilən vəd yerinə yetirilməyib. Daha sonra başçı R.Məmmədov ona müavin yox, birbaşa nümayəndə olacağı vədini verib.

Qafqazinfo

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net