Ana səhifə

“Cəlilabadda “narkobaronlar” himayə edilir”- “Ağ ölüm” artıq orta məktəblərə də keçib- Bəyanat

    Tarix: 02-08-2017 06:30   
“Cəlilabadda “narkobaronlar” himayə edilir”- “Ağ ölüm” artıq orta məktəblərə də keçib- Bəyanat

“Dövlətin “Regionlarda sosial-iqdisadi inkişaf proqramı” çərçivəsində Cəlilabad rayonuna ayrılmış 10 milyonlarla vəsaitin böyük hissəsi rayon rəhbərliyinin korrupsiya maraqlarına qurban verildiyindən, bu proqram üzrə nəzərdə tutulmuş bir-sıra sosial obyektlərin tikintisi, su-kanalizasiya sisteminin və yolların çəkilişi kimi vacib layihələr yarımçıq qalıb. Proqram tam iflasa uğrayıb!”

Bu fikirlər Müsavat Partiyası Cəlilabad rayon təşkilatının bəyanatında əks olunub.

“Basta”ya təqdim olunan sənəddə bildirilir ki, rayonun səhiyyə və təhsil sistemində tənəzzül hökm sürür: “Ucqar kəndlərdə tədris olduqca acınacaqlı durumdadır. Dərslər məktəb adına daxmalarda keçirilir, əmək haqqı cədvəlində göstərilən müəllimlərin xeyli hissəsi faktiki olaraq rayonda yaşamır və bəziləri ümumiyyətlə xaridədirlər. Bir sözlə, Təhsil İdarəsi korrupsiya ilə məşğuldur”.

Bəyanatda daha sonra deyilir:

“Ağ ölüm” artıq orta məktəblərə də keçib. Bəzi məktəblərdə yuxarı sinif şagirdləri narkotik maddələrin qəbulu və hətta satışına qurşanıblar. Cəlilabadda narkotik maddə alverinin tüğyan etməsi bir-başa rayon rəhbərliyinin və inzibati strukturların yarıtmaz fəaliyyətlərinin nəticəsidir! Rayonda “narkobaronlar” və bu “bizneslə” məşğul olanlar himayə olunurlar. Baş verən qanunsuzluqlara etiraz edənlər bir-başa icra başçısı Əziz Əzizovun göstərişiylə şərlənərək, həbs olunurlar.

Bu özbaşnalıqlar respublika rəhbərliyinin susqunluğu ilə müşayət olunur. Müsavat Partiyası Cəlilabad rayon təşkilatı bu özbaşnalığı pisləyir və hakimiyyətdən buna son qoyulmasını qətiyyətlə tələb edir”.

Bastainfo.com

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net