Ana səhifə

Oğlu ölümcül döyülən ana Prezidentə ŞİKAYƏT etdi

    Tarix: 17-07-2017 19:23   
Oğlu ölümcül döyülən ana  Prezidentə ŞİKAYƏT  etdi

Kamal Həsənov Biləsuvar rayonunun Ovçubərə kənd sakini Gülsabah Eyniyevanın torpaq sahəsini ələ keçirib. Bu barədə Gülsabah Eyniyevanın prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və hüquq-mühafizə orqanlarının rəhbərlərinə
müraciətində deyilir. Şikayətçi müraciətin bir surətini də ANAXEBER.az-a ünvanlayıb.
Maldarlıqla məşğul olduğunu deyən Gülsabah Eyniyevanın sözlərinə görə, 2011-ci ildə Biləsuvar rayonun icra başçısı Mahir Quliyevin sərəncamı ilə 15 illiyə 100 hektar torpaq sahəsin icarəyə götürüb. Həmin torpaq sahəsində 4 il istifadə etdikdən sonra Kamal Həsənov etibardan sui-istifadə edərək ərazini yaxın qohumunun adına sənədləşdirib."Məlumat üçün deyim ki, həmin torpaq sahəsində 2 otaqlı yaşayış evi və mal-qaranın saxlanması üçün 2 tövlə tikmişik. Bütün bunları şəxsi vəsaitim hesabına etmişəm. Kamal Həsənov isə həmin torpağı bizim məlumatımız olmadan başqa şəxslərə satıb.
Bu azmış kimi bu il iyunun 20-də oğlum Əhliman İmanovu özünə məxsus fermanın yaxınlığında ölümcül döyüb. Oğlumun qəddarlıqla döyüldüyünü əks etdirən fotonu da sizə təqdim edirəm".
Gülsabah Eyniyeva deyir ki, hazırda yaşadığı Ovçubərə kənd sakinlərinin mal-qarası üçün nəzərdə tutulan otlaq sahəsini zorla ələ keçirən Kamal Həsənov əhalinin heysiyyatı ilə oynamaqla ciddi narazılıq yaradır.

Onu da qeyd edek ki, Kamal Həsənov Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun əmisi oğludur.

ANAXEBER.az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net