Ana səhifə

Əziz Əzizovun “razborka” qaydaları: müavinlərdən kim qorunur, kim “vurulur”?

    Tarix: 25-04-2017 08:19   
Əziz Əzizovun “razborka” qaydaları: müavinlərdən kim qorunur, kim “vurulur”?
Cəlilabad rayon icra başçısı Əziz Əzizov və onun komandasının vətəndaşlara münasibəti haqda mediada dəfələrlə tənqidi yazılar dərc olunub. Amma baş verənlər onu göstərir ki, Cəlilabadda yalnız vətəndaşlara münasibətdə deyil, ümumi idarəçilikdə də əsl xaos yaşanır. İcra başçısı Əziz Əzizovun tabeçiliyində olan məmurlara dövlət idarəçiliyi prinsipi ilə deyil, şəxsi maraqlarla yanaşması rayonun yüksək vəzifəli şəxsləri arasındakı münasibəti “bazar qaydaları” səviyyəsinə gətirib çıxarıb. Cumhuriyyet.az olaraq bu situasiyanı təsdiqləyən bəzi məqamlara diqqət yetirək.
Digər bir qalmaqal isə lap bu günlərdə yaşanıb. Bu dəfə də “razborka” iştirakçılarından biri yenə də Əziz Əzizovun müavini, özü də xanım müavinidir. Amma “qurbanlıq” prasedurasında vəzifə və yaxınlığı əsas götürən icra başçısı bu dəfə müavinini deyil, əks tərəfi qurban verməyə hazırlaşır. Bildirək ki, bu günlərdə Gənclər və İdman Nazirliyinin Cəlilabad rayon şöbəsinin rəisi Ramin Rəhimovla rayon icra hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva arasında sözün həqiqi mənasında dava yaşanıb. Məlumata görə, icra hakimiyyətinin binasında baş verən olay tərəflərin bir-birinə təhqiramiz ifadələri, hətta fiziki zorakılıqları ilə müşahidə olunub. Kifayət qədər ciddi insident olan bu olayı pırdələmək üçün icra başçısı Əziz Əzizov və onun xanım müavini dərhal hərəkətə keçərək, R.Rəhimova qarşı kampaniyaya başlayıb. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə ilk əvvəl hətta Gənclər və İdman Nazirliyinin Cəlilabad rayon şöbəsinin rəisi haqda cinayət işi qaldırılması tapşırılsa da sonradan bu plan dəyişdirilib və mediada olayın R.Rəhimova qarşı yönəldilməsinə start verilib. Rayondakı mənbələrdən daxil olan məlumata görə, icra başçısının dəstəyinə güvənən xanım müavin bir çox məmurlarla aşağılayıcı tərzdə danışır və bu dəfə R.Rəhimov bu münasibətə etiraz edib və qalmaqal da burdan yaranıb. Amma görünən odur ki, Ə.Əzizovun seçimi qürurunu müdafiə edən məmurdan deyil, xanım müavinindən yanadır.
Onu da bildirək ki, bu Cəlilabad icra hakimiyyətində baş verən ilk qalmaqal deyil. Qalmaqallardan biri 2015-ci ilin yayında ölkə rəhbərinin Cəlilabada səfəri ərəfəsində yaranmışdı. O vaxt icra başçısı Əziz Əzizov müavinini şefinə qurban vermişdi. Oxucularda tam aydınlıq yaransın deyə cumhuriyyet.az olaraq həmin olayla bağlı mediada yer alan xəbəri olduğu kimi təqdim edirik: “Cəlalabad Rayon Icra Hakimiyyətinin başçısı Əziz Əzizovun birinci müavini Asif Əzizov tutduğu vəzifədən azad edilib. Asif Əzizovun işdən çıxarılmasının səbəbi onunla əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov arasında davadır. Məlumatda deyilir ki, ölkə başçısı Ilham Əliyevin Cəlilabada səfərindən 2 gün əvvəl Kərəm Həsənov bu rayonun qeyri-rəsmi kuratoru kimi ora gedib. Komitə sədri görülən işlərlə tanış olarkən Asif Əzizovun fəaliyyətindən narazılığını ifadə edib. O, birinci müavinin üzərinə düşən öhdəsindən gələ bilmədiyini bildirib. Eyni zamandı Asif Əzizovun ünvanına sərt ifadələr işlədib. Birinci müavin isə idarəçilikdə yeni olmadığını, işinin öhdəsindən gəldiyini Kərəm Həsənovun diqqətinə çatdırıb. Komitə sədri bundan sonra daha da hiddətlənib və Asif Əzizovu təhqir edib. Birinci müavin də Kərəm Həsənovu cavabsız qoymayıb. Mübahisə əlbəyaxa səviyyəsinə çıxıb. Lakin həmin vaxt orada olanlar komitə sədri ilə birinci müavini ayırmağa müvvəfəq ola biliblər. Kərəm Həsənov Asif Əzizova işdən çıxarılacağını və bütün bunlara görə cavab verəcəyini deyərək birinci müavini hədələyib”.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net