Ana səhifə

Yardımlıda dörd məmur xalqı hakimiyyətdən narazı salır- ŞOK FAKTLAR

    Tarix: 16-02-2017 22:49   
Yardımlıda dörd məmur xalqı hakimiyyətdən narazı salır- ŞOK FAKTLAR


AFN-ə Yardmlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, 1-ci müavini Azər Xamiyev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elçin Mirzəyev və Yardımlı rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Fəxrəddin İsmayılov haqda şikayət daxil olub.

Bir qrup Yardımlı rayon sakini adından redaksiyamıza göndərilən müraciətdə bildirilir ki, bu üç məmur rayonda istədiklərini edirlər: “Rayonda dövlət müəssisələrində çalışan işçiləarin əməkhaqqına göz dikiblər. Bildirirlər ki, guya Prezident Administrasiyasından onlara fındıqçılığı inkişaf etdirmək tapşırılıb və buna görə də idarə və müəssisələrdən pul yığılmalıdır. Rayonda 30 ərazi icra nümayəndəliyi var, onların hər birindən 4 min manat pul tələb edilir”.

Sakinlər sonra daha müdhiş faktlar qeyd edirlər. Bildirirlər ki, A.Xamiyevlə E.Mirzəyev Yardımlı rayonundakı torpaq sahələrini yaxın qohumlarının adına kecirib zəbt ediblər: “Azər Xamiyevlə Elçin Mirzəyevə heç kimin gücü çatmır. Kənd Təsərrüfatı üçün inzibati bina tikildiyi vaxtda Azər Xamiyevlə Elçin Mirzəyev mane oldular ki, rayon mərkəzində tikilməsin. Bunu ona görə etdilər ki, mərkəzdəki yaxşı torpaqların hamısı onlara aiddir. Beləliklə, Kənd təsərrüfatı idarəsinin binasını aparıb saldılar Bilə zəmi adlanan bir sahəyə. Ora isə daimi bataqlıq olan bir yerdir. Yardımlı rayon Bozayran kəndində 3 ildir tikilən həmin bina hələ də istidadəyə verilməyib. Bina istifadəyə verilməsə də artıq onda çatlar yaranıb. Yer sürüşkən olduğu üçün orda tikilən ikimərtəbəli binaya lazım olduğundan da çox pul xərcləndi, lakin yararsız haldadır. Binanın yanında bir dənə də uşaq bağçası tikilib, lakin o da 2 aydır ki, istifadəyə verilib. Binada çökmə əmələ gəldi, dəfələrlə təmir olunsa da, xeyri olmadı. Bu, 4 məmur rayonu bu hala salıb. Hər yerdən yeyiblər, indi yeməyə yer tapammırlar, düşüblər prezidentin sərəncamını camaata başqa cür təqdim edir pul yığırlar, fındıqçılıq adı altında əməkhaqlarını mənimsəmək istəyirlər”.

Sakinlər üzlərini kənd təsərrüfatı naziri Heydər Əsədova tutub sual edirlər ki, Yardımlıda tikilən idarə binası ilə heç maraqlanıbmı: “Maraqlanıbmı ki, 3 ildir tikilən idarə binası niyə istefaya verilməyib. Yardımlı rayonuna komissiya gəlməli və bu fakt araşdırılmalıdır. Rayondakı torpaqların “kupça”larının hamısı Elçin Mirzəyevin qohumları adınadır, heç kimə də imkan verilmir ki, boş torpaqlardan istifadə etsinlər. Bakı şəhərində torpağın sotunu 3 minə almaq olar, amma Yardımlıda bu qiymət 6 min manatdır”.

Qeyd edək ki, fındıqçılığın inkişafı ilə bağlı prezident sərəncamı var. “pəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” adlı sənəddə göstərilir ki, barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına 1,463 milyon (bir milyon dörd yüz altmış üç min) manat, o cümlədən barama toxumlarının alınmasına 163,0 (bir yüz altmış üç) min manat, tut (çəkil) tinglərinin alınmasına 600,0 (altı yüz) min manat, fındıq pöhrələrinin alınmasına 700,0 (yeddi yüz) min manat ödənilsin. Sərəncamla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tədarük olunan barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin şəhər və rayonların tələbatı nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin etməli, barama toxumları, tut (çəkil) tingləri və fındıq pöhrələri əvəzi ödənilmədən paylanılan məhsul istehsalçıları, habelə şəhər və rayonların tələbatı barədə məlumatı Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Lakin görünən odur ki, nazirlikdən əvvəl rayon icra hakimiyyəti işə başlayıb və prezidentin ayırdığı vəsaiti mənimsəməyi, üstəlik, ölkə başçısının siyasətini insanların gözündən salmağı qarşılarına məqsəd qoyublar.
Yazıda qeyd edilənlərlə bağlı Yardımlı RİH-lə əlaqə saxladıq. Qurumda telefonlara cavab verən şəxs iki dəfə nömrəmizi götürüb aidiyyatı adama çatdıracağını desə də, bir cavab çıxmadı. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net