Ana səhifə

Erməni həkimin Azərbaycandakı doğum evində 45 il sürən gizli terroru

    Tarix: 09-07-2014 12:18   
Erməni həkimin Azərbaycandakı doğum evində 45 il sürən gizli terroru“Mənə “Ermənistanın milli qəhramanı” adı verilməlidir”.

Körpə qatili! – Bəli, bu adıyaman “status” kim(lər)ə yaraşarsa... söhbət də on(lar)dan gedir. Erməni xüsusi xidmət orqanlarının göştərişi ilə Azərbaycanda (Sovet dövründə) doğum evində həyata keçirilən aktdan söhbət gedir... Erməni terrorçulardan biri, nə az, nə çox düz 45 il Azərbaycanın Tovuz rayonunda belə bir “baş rol” ifa etmişdi... Necə?!. – Mən deyim Sizə, inanmayacaq dərəcədə şaşıracaqsız, bəlkə də...

...On illərdir ki, üzümüzə gülə-gülə necə hiylələrlə etibar qazanaraq, süfrəmizin başında oturtduğumuz, bəzən boğazımızdan belə kəsib yedirtdiyimiz həmin ermənilər necə evlər yıxıblar, ailələr dağıdıblar, gözlər yaşlı qoyublar...

Adam olan kəs də, bu qədər qəddar, qansız olarmı!? – Körpə qatili! – Minlərlə yeni doğulmuş Azərbaycan uşağını göbəyinə zəhərli maddə sürtərək “sepsis” uşaq xəstəliyi adı altında qətlə yetirirlərmiş..! Uşaqlar doğulduqdan sonra cəmi bir ay yaşaya bilirmiş. Bəli, ermənilər Azərbaycanın əksər rayonlarında bu amansız terroru həyata keçiriblər. Biz ancaq birini ifşa etdik, o da bizə çox baha başa gəldi. O dövrdə ermənilərə qarşı haqlı bir söz söyləməklə... az qala “vətən xaini” çıxacaqdıq!..

1941-ci ildə almanlar Azərbaycandan sürgün ediləndən sonra erməni xüsusi xidmət orqanları alman evlərinin bir çoxuna erməniləri yerləşdirirlər ki, öz çirkin terror aktlarını həyata keçirsinlər... Bu terrorçulardan biri, nə az, nə çox düz 45 il Tovuz rayonunda yerləşən doğum evində tibb bacısı işləmiş Tamara Adamova, əslində isə, soyadı Adamyan olan bir erməni qadın olub. 1990-cı ildə o, İrəvana köçəndə deyib ki, “mən türklərdən qisasımızı aldım. Saysız-hesabsız oğlan uşağı öldürdüm... Mən Ermənistanın xüsusi xidmət orqanlarının mənə verdiyi gizli tapşırığı yerinə yetirmişəm. Mənə “Ermənistanın milli qəhramanı” adı verilməlidir”.

1945-ci ildən 1990-cı ilədək Azərbaycandakı doğum evində tibb bacısı işləmiş T.Adamyan 17 yaşında Qazaxda Tibb Texnikumunu bitirib. Daha sonra Tovuzda doğum evində tibb bacısı işinə düzəlib. Onun oğlu Vitalik isə xəstəxanada çilingər, yoldaşı isə avtobazada sürücü işləyib.

O vaxtkı statistikaya baxsanız, görərsiniz ki, təzəcə dünyaya göz açan uşaqların əksəriyyəti göbək xəstəliyindən ölüb, qəribəsi, daha acınacaqlısı və müəmmalısı odur ki, təkcə oğlan uşaqlarını bu xəstəliyin pəncəsindən qurtarmaq mümkün olmayıb. Niyə məhz oğlan uşaqlarını və niyə məhz Azərbaycan-türk balalarını (örnəyi, Tovuzda məskunlaşmış ermənilərin uşaqlarını yox?!.)?!
Bu “xəstəlik” Azərbaycanın əksər rayonlarında baş verirdi, harda ki, erməni millətindən olan həkimlər və ya tibb bacıları işləyirdi..! Bu xəstəliyi o dövrdə Tovuzda pambıqçılıqla bağlayırdılar... Əhalinin bir hissəsi pambıq tarlalarında işləyir, tarlalarda dərmanlardan çox istifadə olunur, hətta uşaqlardan belə, pambıq sahələrinə dərman səpilirdi. 1956-cı ildə rayonda Nazirlər Kabinetinin qərarı ilə pambıqçılığı ləğv edərək, üzümçülüyə keçdilər... Amma bilmirdilər ki, kənd təsərrüfatında təmaül dəyişsə də, doğum evində terrorçu erməni qadın işləyir və o öz işindədir..!

...Buna bənzər hadisə, bəlkə də hadisələr, Sumqayıt şəhərində də baş vermişdi. Təəssüf ki, biz Sumqayıtda yaşamış tibb bacısını tam öyrənə bilməmişik... Amma orada vaxtı ilə fəaliyyət göstərmiş erməni təşkilatının erməni əsilli tibb bacısını azərbaycanlı adı altında işlətdiyindən xəbərdarıq.

Bilirsiz, düşmənin düşmənliyini uzun illər gizlətmək, maskalamaq xüsusiyyətini açdıqca, neçə-neçə başqa faktların üzə çıxacağına inanıram...

Ermənilərin çirkin və maskalı üzlərinə (üzsüzlüklərinə!) həqiqətləri çırpmalı, onlara haqq etdikləri, layiq olduqları sözləri deməli, hərəkətləri etməliyik!

Babalarımız, atalarımız və biz edən yanlışlıqları gənc nəsil etməməlidir! Bu günün sabahı var!

Cəlaləddin Qasımov,

Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,

Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü,

yazıçı-publisist, polis mayoru

modern.az

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net