Ana səhifə

Asif Əsgərovdan prezidentə təxribat: “Prezidenti xalq seçməyib, biz seçmişik…” – VİDEO

    Tarix: 23-05-2018 00:16   
 
Bakının daha bir rayonunda “yaşayış üçün yararsız” köhnə binaların sökülərək yerində yeni çoxmərtəbəli bina inşa edilməsinə yönəlmiş “pilot layihə” ətrafında qalmaqal baş verir. Bu dəfə Nəsimi rayonu ərazisində. Cumhuriyyet.az olaraq bildirək ki, Nəsimi rayonunda 31 ünvanda köhnə yaşayış binalarının və digər obyektlərin sökülərək yerində yeni yaşayış kompleksinin tikilməsi üzrə işlərə başlanılıb. 16 min 206 nəfərin yaşadığı 5 min 771 mənzildən ibarət 226 yaşayış binasının və digər obyektlərin sökülərək yenidən qurulması ilə bağlı ərazilərə baxış keçirilmiş, sahibkarların cəlb olunması və layihələndirmə işləri aparılmışdır. İl ərzində 60-dan çox təklifə baxılmış, 31 ünvanla bağlı işlərin həyata keçirilməsi təcrübəli tikinti qurumlarına həvalə edilmişdir. “Malibo” MMC tərəfindən layihə üzrə tikiləcək 2 ədəd 1 girişli, 4 ədəd 2 girişli 12-15 mərtəbəli, 556 mənzilli binaların ərazisindəki sakinlər və mülkiyyətçilərlə razılaşma və müqavilələrin bağlanması, tədricən köçürmə və tikinti işləri aparılır. Bu şirkətin adını ona görə xüsusi olaraq qeyd etdik ki, üzərində dayandığımız narazılıq bununla bağlıdır.
Nəsimi rayon Əlimardan bəy Topçubaşov küçəsi88 və 90 ünvanında yaşayan sakinlərin aparılan pilot layihə ilə bağlı şikayət və iddiaları kifayət qədər ilgincdir. Aşağıda cumhuriyyet.az olaraq təqdim etdiyimiz video materialda şikayətçi vətəndaş iddia edir ki, sökülən evlərə müxtəlif məbləğdə konpensasiya təyin edilir. Bundan başqa tikinti şirkətinin nümayəndəsinin vətəndaşlara icra hakimiyyətindən onlardan 20 min manat rüşvət istəməsi bildirilir. Şikayətçilərin sözlərində ən ilginc iddia isə icra hakimiyyətində ölkə rəhbərinə inamı ifadə edərək “biz prezidentimizi seçmişik, ona güvənirik” sözlərinə Nəsimi rayon icra hakimiyyətinin məsul işçisinin “prezidenti siz seçməmisiz, biz seçmişik” deməsidir:шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net