Ana səhifə

''Yaşamaq üçün bir parça dərman istəyirik'' -VIDEO

    Tarix: 16-05-2018 09:48   
 


Mayın 15-də qaraciyər xəstəliklərindən əziyyət çəkənlər və onların yaxınları Səhiyyə Nazirliyinin qarşısında toplaşıblar. Onların istəyi dərmanların pulsuz verilməsidir. Vətəndaşlar deyirlər ki, dərmanların qiyməti çox bahadı, üstəlik tapa bilmirlər.
Rafiq Cavadov: “Bunu Mehriban xanıma çatdırmaq lazımdı. Dövlət səviyyəsində həll olunası məsələdi, insan həyatıdı. Olmasa, əlimizdən gedəcək”.
Əsmayə Cəbrayılova: “Evimi satmışam, indi dərmana pul tapa bimirəm. Xahiş edirəm ki, Səhiyyə Nazirliyi bizə kömək etsin”.
Qabil Şahbalayev: “Cənab prezidentimizə də, Mehriban xanıma da müraciət edirik, bizə kömək olun, bizə əl tutun. Necə ki, başqa ölkələr öz vətəndaşlarına əl tutur. Biz dövlətdən heç nə istəmirik. Yaşamaq üçün bir parça dərman istəyirik”.
Səhiyyə Nazirliyinin sözçüsü Səfayə Əhmədova nazirliyin qarşısındakı vətəndaşlarla görüşdü. O dedi ki, qanunda qaraciyər xəstələri üçün dərman verilməsi nəzərdə tutulmayıb, amma istəklərini nazirliyə bildirəcək.
Səhiyyə Nazirliyindən vətəndaşlara müraciətlərinə baxılacağı və yaxın günlərdə məlumat veriləcəyi deyilib.шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net