Ana səhifə

Orta əməkhaqqı ayda 1 manat artıb

    Tarix: 16-05-2018 08:30   


Azərbaycanda yarım illik fasilədən sonra orta aylıq əmək haqqı yenidən artmağa başlayıb.

Dövlət Statistika Komitəsinin  xəbərinə görə, bu rəqəm aprelin 1-nə 532,4 manat təşkil edib. Bu isəmartın 1-i ilə müqayisədə 4,2% çoxdur.

Son bir ildə isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta maaşı 3,5% artıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi vətexniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Qeyd edək ki, martın sonuna Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1532,3 min nəfər təşkil edib. Bunlardan 888,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 643,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Məlumat üçün bildirmək lazımdır ki, ötən il orta əməkhaqqı 528 manat olub.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net