Ana səhifə

Oğlu adam öldürən başçı müavini villadan qaçqın daxmasına belə boylanır- Foto/Video

    Tarix: 13-05-2018 22:35   

Bu şəkilə diqqətlə baxın: vətənindən 25 ildir didərgin düşmüş, torpaqlarını, isti yuvasını itirmiş məcburi köçkün ailəsinin zirzəmidəki uçuq-sökük, acınacaqlı daxmasıdır…

Bu şəraitsiz, bərbad, soyuq divarlar arasında yaşayan, övlad böyüdən, əsgər yetişdirən məcburi köçkün ailəsi illərdir ki, Qarabağa dönəcəyi günü gözləyir.

Bir də şəkildəki adamın üstünə gələn divarın arxasından boylanan qalstuklunun nəzərlərinə fikir verin. Yox, yox, o, bu evin sahibi deyil, köçkünlük də yaşamayıb.

Əksinə, o qalstuklu şəxs illərdir ki, Nərimanov rayonunu çapıb talayır, milyonlar qazanır, binalar, restoranlar, hətta “moyka”lar belə əldə edir, lüks maşınlarda, komfort şəraitdə yaşayır.

Bunun üstünə bir də oğlu bahalı maşınla piyadanı vurub öldürür və həbs olunmur. “Papasının balası” olmaq başqa, köçkün övladı olub bu şəkildəki xarabalıqda yaşamaq başqa…

Bir sözlə, fotoda gördüyünüz Nərimanov icra başçısı müavini Şahmar İbadovdur. Onun haqqında nələr yazılmayıb?!

Milyonçuya çevrilmiş başçı müavini oğlu Elmir İbadovun avtoxuliqanlıq edərək bir insanın ölümünə səbəb olmasına baxmayaraq, onu məsuliyyətdən yayındırmışdı.

Və bu məmur indi köçkünlərin yaşadığı bir daxmaya daxil olarkən divarın arxasında ürəkparçalayan mənzərəni seyr edir.

Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev Nərimanov rayonunda bir neçə yataqxana və inzibati binalarda məskunlaşan məcburi köçkünlərlə görüşüb.

Bildirib ki, öncə qəzalı binalarda, ağır şəraitdə yaşayan məcburi köçkünlərin problemləri mərhələli şəkildə həll ediləcək.

R.Rzayev digər rayonlarda da məcburi köçkünlərlə bu cür görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Görüşdə iştirak edən Nərimanov RİH müavini Ş.İbadovisə qəzalı binadakı evlərdən birinə baxarkən çətin ki, xəcalət çəkib. Əksinə, onu özü, biznesi və oğlunun lüks həyatı maraqlandırır.

FİA.Az xəbər verir ki, Ş.İbadovun 9-cu mikrorayonda villası var. Bu, hələ mətbuata məlum olan mülküdür. Onun onlarla belə obyekti, əmlakı var.

Bəs məcburi köçkün qəzalı binada acınacaqlı şəraitdə yaşayarkən başçı müavini dövlət qulluqçusu kimi aldığı maaşla necə villa tikdirib?
Oğlu adam öldürən başçı müavini villadan qaçqın daxmasına belə boylanır
700-800 manat maaşla Şahmar İbadov milyonluq villaya necə sahib olub?

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan yerli İcra Hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçuların maaşı ilə bağlı təqdim edilən məlumatlara görə, icra başçısı və müavininin əmək haqqısı elə də böyük deyil.

Rayon və şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) Gəncə və Sumqayıtda 870 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan yerli İcra Hakimiyyəti orqanlarında 790 manat, əhalisinin sayı 50-100 min nəfər olan yerli İcra Hakimiyyəti orqanlarında 775 manat maaş alır.

Mətbuatda gedən yazılara görə, onun Nərimanov rayonu, Əliyar Əliyev küçəsində villası, ticarət obyektləri, restoranları var.

Məlumatda deyilir ki, bu biznes şəbəkəsinin əsas sahibi Nərimanov rayon icra başçısı müavini Şahmar İbadovdur.

Başçı müavini “Ariva” otel, “İstanbul estetik” klinikası və bir çox müəssisələrin qeyri-rəsmi sahibidir və onları icarəyə verib.

Belə olduğu təqdirdə 174600 nəfər əhalisi olan Nərimanov rayonunda icra başçısının maaşı dəbdəbəli villaya sahib olmağa yetməz.

Amma fotoda Şahmar İbadova aid olduğu göstərilən Bakının mərkəzində ucaldılan dəbdəbəli villa aylıq əmək haqqı ilə alınana oxşamır.

Bəs onda görəsən, bu villa hansı vəsaitlə əldə edilib? Yəqin ki, bu suala icra başçısı Abdin Fərzəliyev və əlaqədar dövlət qurumları cavab verə bilər.



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net