Ana səhifə

“Rasim Məmmədov hər fürsətdə bizə bildirir ki, onun arxasında məhz Siz durmusunuz”

    Tarix: 12-05-2018 18:40   
 

Zülfüqarlı qardaşları Ramiz Mehdiyevə müraciət etdi; metal zavodunda iş iflic olub!
Zülfüqarlı qardaşlarının Bakının Keşlə qəsəbəsindəki metal zavodunda durum ağır olaraq qalır. "Baku Steel Company” MMC-nin rəhəbri Rasim Məmmədovun əsassız iddiaları nəticəsində zavodun fəaliyyəti iflic duruma düşüb. Zülfüqarlı qardaşlarının zavodunda çalışan fəhlələr deyirlər ki, Rasim Məmmədov onların istehsal etdikləri məhsulların rəqabətə davamlı olmasından qıcıqlanır. İstəmir ki, bazara onun rəhbərlik etdiyi MMC-nin məhsullarından savayı məhsul çıxarılsın. Odur ki, Zülfüqarlı qardaşlarının zavodlarına qarşı heç bir əsası olmayan iddialarla çıxış edir. Zavoda adamlar göndərib istehsal xətlərini ələ keçirməyə, bununla da zavodda işi iflic etməyə çalşşır.
• Rasim Məmmədov yenidən Zülfüqarlı qardaşlarının zavodlarına hucumda! - TƏCİLİ
Xəbər verdiyimiz kimi mayın 11-də Zülfüqarlı qardaşlarının zavoduna hucum olub, zavodun fəhlələrinin kəskin etirazından sonra hucumçular geri çəkilib. Məsələ ölkə rəhbərliyinin diqqətinə düşüb. Criminal.az saytı xəbər verir ki, Zülfüqarlılar Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət ünvanlamaqla qanunsuzluqların qarşısının alınmasını istəyiblər.
Həmin müraciətdə deyilir: Çox hörmətli Ramiz müəllim! Biz Zülfüqarlı qardaşları "Baku Steel Company” MMC-nin rəhəbri Rasim Məmmədovun bizim əmlaklarımızı talan etməsi nəticəsində bizə külli miqdarda zərər vurması ilə bağlı bir neçə dəfə Sizə müraciət etmişik. Çox təəssüf ki, bu günədək bizim müraciətlərimizə heç bir münasibət bildirilməmişdir. Bütün bunlardan biz belə qənaətə gəlirik ki, bizim müraciətlərimiz ünvanı üzrə Sizə çatdırılmır.
Cənab Ramiz Mehdiyev!
Çox təəssüf ki, Rasim Məmmədov hər fürsətdə bizə bildirir ki, onun arxasında məhz Siz durmusunuz, buna görə də, o istədiyini edə bilər və buna görə ona kimsə "gözün üstündə qaşın var” deyə bilməz. Bu şəxs artıq bütün qanunları və mənəvi dəyərləri tapdalayır, ölkədə əsl iqtisadi terror əsdirir. Rasim Məmmədov öz hərəkətləri ilə açıq-aşkar cənab Prezidentin siyasətinə qarşı çıxır. Biz Zülfüqarlı qardaşları Sizin kimi bir Ağsaqqalın və rəhbər şəxsin Rasim Məmmədov kimi birinə dəstək verə biləcəyinizə heç zaman inanmamışıq, bu gündə inanmırıq və elə ona görə də, Rasim Məmmədovun bu çirkin əməlləri barədə Sizi məlumatlandırmaq ümidi ilə bu müraciəti Sizə ünvanlayırıq. Ümid edirik ki, Siz bir Ağsaqqal və bir rəhbər şəxs kimi Rasim Məmmədovun Sizin adınızdan sui-istifadə etməsinə öz kəskin münasibtinizi bildirəcəksiniz.  
Hörmətli Ramiz müəllim!
Rasim Məmmədov əmlaklarımızı - "Bakı Poladtökmə” ASC-ni, "Bakı Elektroştamp” ASC-ni, Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında yerləşən, şəxsi mülkiyyətimiz olan əmlak kompleksini, həmin kompleksin yanında yerləşən, kiçik qardaşımız Elnur Zülfüqarlıya məxsus qranit kəsmə sexini qarşılığında heç bir ödəniş edilmədən, zorla əlimizdən almaqla kifayətlənməyərək indi də, son dayanacağımız olan, Bakının Keşlə qəsəbəsində yerləşən zavodumuzdaki prokat xəttini də özününkiləşdirərək əlimizdən almaq istəyir.
Bu isə artıq bizim üçün namus məsələsidir. Ulu öndərimiz Heydər Əliyevin ad günündə müxtəlif güc strukturlarının müşaiyəti ilə zorla zavoda girib alın tərimizlə qazanıb qurduğumuz prokat xəttinin sökülməsinə icazə verməyəcəyik. Ona görə də, ölümlə nəticələnə biləcək qarşıdurma yaranmasın deyə verilən icra qərarının dayandırılması ilə bağlı lazımi göstəriş verməyinizi öz adımızdan və müəssisəmizin çoxsaylı kollektivi adından Sizdən xahiş edirik.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net