Ana səhifə

Cənab Ramil Usubovun diqqətinə: DYP-nin daha bir “mero”sunda rüşvət videosu

    Tarix: 16-04-2018 10:49   






Ramil Usubovun diqqətinə: DYP-nin daha bir “mero”sunda rüşvət videosu

Baş Dövlət Yol Polis İdarəsinin İmtahan və Qeydiyyat İdarəsinin tabeçiliyindəki “mero” kimi tanınan İmtahan və Qeydiyyat Şöbələrində rüşvət və korrupsiya halları barədə mütəmadi olaraq məlumatlar, bəzən isə həvəskar çəkilişlə qeydə alınmış video görüntülər yayılmaqdadır.
“Reportyor.info” ya daha bir həvəskar çəkiliş göndərilib. Söhbət Ağcabədi Rayonlararası İmtahan və Qeydiyyat İdarəsinin rəis müavini Qasımov Yusif adlı polis mayorunun xidməti otağında texniki baxışdan keçmək üçün müraciət edən vətəndaşdan 40 manat rüşvət alması görüntülənir. Avtomobillər bayırda qarajlarda deyil, Q.Yusif müəllimin özəl kassasına ödənilən həmin məbləğlə pilka alması bu sahəyə rəhbərlik edən Mübariz Şahbazov kimi, həmin idarənin rəisi Babək Mərdanov kimi işbazların cibini doldurmağa xidmət edir. 
Hörmətli Cənab Nazir, rüşvət videosunda izlədiyiniz bu zabit hər yerdə özünü sizin qohumunuz kimi təqdim etməklə məşğuldur. Siz hər zaman Azərbaycan Respublikası qarşısında, qanunun aliliyi naminə heç bir şəxsi münasibətlərə, qohumluq əlaqələrinə önəm vermədən şərəfiniz və vicdanınızla xidmət aparırsınız və biz inanırıq ki, Siz Azərbaycan Respublikasının Daxili İşlər Orqaqnlarına ləkə gətirən belə əməkdaşlara qarşı həmişə olduğu kimi, barışmaz mövqe və təxirəsalmaz tədbirlər görməklə layiqli cəzalandıracaqsınız.
Məlumat üçün nəzərinizə bir məqamı da çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə və Diaqnostika Mərkəzi ilə bağlı bu gunlərdə “Reportyor.info” tərəfindən yayılan videoda, görüntülənən rüşvət sövdələşməsini aparan əməkdaş cəzalandırılsa da onu bu işə sövq edən mərkəzin rəisi Elşad Məmmədovun və baş idarə rəisi Mübariz Şahbazovun da cəzadan kənarda qalmayacağı şübhəsizdir, çünki bu hal baş verməyəcəyi təqdirdə, sizin ədalətli və hökmlü məqamınıza, mövqeyinizə kölgə salmış olar.
Sizin milli dövlətçiliyimizə və Cənab Prezidentə nə qədər bağlı və sadiq olmağınız heç kimə sirr deyildir. Ancaq bununla yanaşı, bu gün ürək ağrısı ilə izlədiyimiz bu qanunsuz hərəkətlərə yol verən polis əməkdaşlarının belə xoşagəlməz fəaliyyəti ətrafdan izləyənlər üçün həm Sizin bir rəhbər olaraq DİN-dəkı xidmətlərinizə, həm də onların sizə qarşı olan etimadlarına kölgə salındığı kimi göründüyünü diqqətinizə çatdırmağı borc bilirik.
Əziz oxucular, izləyəcəyiniz video görüntü idarənin rəis müavini Yusif adlı polis mayorunun xidməti otağında qeydə alınıb. Xidməti iş otağında yüksək səsli musiqi dinləyən işbaz mayor həm buranı istirahət otağına çevirib, həm də elədiyi belə qanunsuz söhbətlərin qeydə alınması təhlükəsini azaltmağa çalışması kimi başadüşülür. Bütün hallarda bir polis mayorunun xidməti iş otağında yüksək səslə musiqi dinləməsi etik normalara ziddir. Vətəndaşlar otağa daxil olmağına baxmayaraq həmin musiqi səsini dinləməkdə davam edən mayor əvvəl zarafatyana maşını yoxlamadan keçirin desə də sonradan otağına geri çağırtdırır və iş yerində özəl söhbətlərə, qeyri-ciddi danışıqları ilə yadda qalır. Avtomobilə heç bir baxış keçirmədən sənədləşmə işini qurtardıqdan sonra borcumuz nə olacaq sualına, polis mayoru qonaq olun deməsilə sanki özünü bir restoran müdiri kimi göstərir.Bunun ardınca vətəndaş təkrar olaraq nə qədər pul verəcəyini soruşduqda “QIRX” deyir. Video görüntüyə də diqqətlə baxdıqda açıq şəkildə görünür ki, vətəndaş cibindən iki ədə 20 manatlıq əskinas çıxararaq Q.Yusif müəllimin masası üzərinə qoyur.
Beləliklə polis mayorunun dinlədiyi həmin NEYin SƏSİ bizim saytımız vasitəsi ilə ölkənin sosial şəbəkələrindən gəldi. NEYİN SƏSİ musiqisi sədaları altında lentə alınmış bu video görüntünün səsinin daha hansı orqanlarından gələcəyini isə təbii olaraq zaman  göstərəcəkdir.
E.Qarabağlı Buyurun həmin video çarxı bərabər izləyək
Reportyor.info




шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net