Ana səhifə

Akkord seçkini boykot edib?

    Tarix: 09-04-2018 11:59   
 
Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin Abşeron Gənclər Şəhərciyinə aidiyyəti yoxdur. Sanki bura ayrı ölkənin ərazisidir. Bunu ANAXEBER.az  saytına şəhərcikdə yaşayan sakinlər bildirib. Onların sözlərinə görə təbliğat və təşviqat kampaniyası başlayandan şəhərcikdə heç bir namizədin plakatına rast gəlinməyib. Ümumiyyətlə şəhərciyin ərazisində təbliğat matetiallarını yaymaq üçün lövhə belə quraşdırılmayıb. Sakinlər bunu şəhərciyə nəzarət edənlərin suçu hesab edir. "Bu şəhərcik "Akkord" şirkəti tərəfindən salınıb. Müxtəlif bəhanələrlə pul yığmaq üçün nəzarətçilər hər gün qapı döyür. Şəhərcikdə müxtəlif obyektlər inşa edir, artıq uşaqların oynamağa yerləri də qalmayıb. Amma  seçki kimi ciddi siyasi prosesə önəm verilmir. Sanki seçkini boykot edirlər", - deyə sakinlər bildirib.
Sakinlər digər problemlər barədə də danışıblar. "Bir neçə il əvvəl qaz problemi var idi. Mətbuat bu barədə yazdı. Problem qismən həll olundu. Lakin yenə də qazsız qalan mənzillər var. Ümumiyyətlə burdan mənzil alanlar sonradan peşman olurlar. Əksəriyyət mənzillərini satışa çıxarıb. Amma alan yoxdur. Çünki artıq camaat başa düşüb bu gənclər şəhərciyində vaxtından əvvəl qocalacaqlar".
Məsələ ilə bağlı "Akkord" şirkətinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmayıb.
ANAXEBER.azшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net