Ana səhifə

“Narkoloji Mərkəzdə dəhşətli şeylər baş verirdi”

    Tarix: 07-03-2018 17:07   


Martın 2-də Respublika Narkoloji Mərkəzinin köhnə korpusunda yanğın baş verib. Yanğın zamanı məcburi müalicə alan 25 nəfər narkomaniya və alkoqolizmdən əziyyət çəkən xəstə yanıb. Həmin gün DİN, FHN və Baş Prokurorluğun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu bəyan edib ki, ilkin məlumatlara görə, yanğına güclü küləklə müşayiət olunan qısa qapanma səbəb olub.

Bu versiya obyektlərin yanğın təhlükəsizliyinə və pasientlərin həyatına məsul olan nazirliklər kimi FHN və Səhiyyə Nazirliyinin günahını ortaya qoydu.

Ancaq martın 6-da ikinci və tamamilə fərqli versiya orta çıxdı. DİN və Baş Prokurorluğun birgə məlumatında yanğının qəsdən törədildiyi bildirilir. Belə ki, Narkoloji Mərkəzdə müalicə olunan Bakı sakini Məhəmməd Məmmədov ailə üzvlərinin ona qarşı qərəzli münasibətinə və müalicə almaq istəmədiyinə etiraz olaraq intihar etmək istəyib. Martın 2-də saat 06:00-da palatada odeyala bürünərək onu alışqan ilə yandırıb. Ancaq alovun artdığını gördükcə intihar fikrindən daşınıb. Odeyalı çarpayının üstünə atıb. Alovun digər palatalara keçəcəyindən qorxub və şöbənin qapıları açılan kimi Mərkəzi tərk edib. Deyilənlər şahidlər tərəfindən, həmçinin Narkoloji Mərkəzin müşahidə kamerasındakı qeydlər ilə təsdiqlənib.

İkinci versiya cəmiyyətdə inamsızlıq doğurur. Belə ki, FHN və Səhiyyə Nazirliyinin günahının dərəcəsi azaldılır. Ancaq ortaya sual çıxır: əgər yanğın zamanı nə əcəbsə yanmayan müşahidə kamerasının görüntüləri pozulmayıbsa, niyə ikinci versiyanı irəli sürmək üçün dörd sutka lazım gəldi? Və istintaqı hadisənin elektrik naqillərindəki qısa qapanmadan baş verdiyini söyləməyə nə məcbur etdi?

Turan İnformasiya Agentliyi Narkoloji Mərkəzin bir neçə keçmiş pasienti ilə söhbət edib. Onlar ambulator şəraitdə müalicəni davam etdirirlər. Bir nəfər stasionar müalicə alır. Odur ki, hamı anonimlik şəraitində danışıb. Ora xəstə aparan bir ictimai fəal Narkoloji Mərkəzdəki qaydalardan danışıb. Biz xəstələrin qohumları ilə əlaqə saxladıq.

Bizim mənbələr rəsmən bəyan edilən məlumatın bir çoxunu təkzib edirlər. Dəfələrlə klinika ərazisində olan fəal hesab edir ki, pasient etiraz əlaməti olaraq odeyala bürünüb özünü yandıra bilər, ancaq korpusdan qaçmaq mümkün deyil, çünki qapı həmişə bağlı olur.

Fikri öyrənilənlərin hamısı deyib ki, taxtadan tikilmiş binada yerləşdirilən pasientləri sanitarkalar bağlı vəziyyətdə saxlayırmışlar, yoxsa “təsəvvür edə bilməzsiniz hansı oyunlardan çıxarlar”. Narkomanlardan biri Mərkəzdə yerləşdirilən bomja hücum edib. O, özünü müdafiə etmək üçün taburetka ilə narkomanın başından vurub. Sonradan narkomanı Maştağadakı ruhi-əsəb dispanserinə aparıblar.

Mərkəzdə şərait ağırdır, ancaq adamlar qohumlarını digər narkomanlardan təcrid etmək üçün onları oraya yerləşdirməyə məcbur olur. Bir qayda olaraq, müalicə ilk günlər yuxu dərmanından ibarət olur, sonralar vitaminlər verilir. Xəstələr Turan-a deyiblər ki, aqressiv olanları bağlayırlar, yoxsa xəstəliyin kəskinləşməsi dövründə hər şey edə bilərlər. Kimsə Mərkəzdə bir həftə qalır, bu, ona kifayət edir. Bir başqası çox qalır. Bir qız danışıb ki, onu narkotik maddəyə necə öyrəşdiriblər. 10 il evdə olan bütün əşyalar satılıb. Sonra onu Zığa aparıblar, müalicə ediblər. Ancaq o, yüngül narkotik maddələrin qəbulunu davam etdirir. Həkimlər pasientlərlə söhbət aparırlar, ancaq bu, müalicəyə kömək etmir.

Klinikada qızğın dərman alveri gedib. “Mən həkimi gözləyəndə gördüm ki, ora bahalı maşınlar gəlirdi”, – xəstənin anası bildirib.

Müalicənin pulsuz olduğu müəssisədə 10 gün və bir neçə həftəlik müalicə üçün 350-400 manat istəyiblər. “Hünərin var, gətirmə…”- Mərkəzdə müalicə olunan xəstələrdən biri deyib. “Kim sizə desə ki, bu, yalandır, onun üzünə tüpürün. Özüm ora bir neçə dəfə pul aparmışam. Pul müqabilində həftəlik icazə verilməsi barədə xahişimə cavab olaraq şöbə müdiri dedi ki, bura kurort deyil və o da kimlərəsə pul verir. Ümumilikdə, mən ora 1500-1700 manat, üstəlik, ərzaq, yemək və. s verdim”, – xəstənin qohumu bildirib.

Şöbə müdiri tələb edib ki, pasientlər Mərkəzə özləri və könüllü gəlsinlər. Yoxsa onları gətirmək üçün 100 manata yaxın pul lazımdır. Ancaq Səhiyyə Nazirliyinin “qaynar xətti”ndə deyirlər ki, xəstələri narkoloji dispanserə “təcili yardım” daşımalıdır.

“Gündə üç dəfə yemək verirlər, ancaq ərzaq aparmaq lazım gəlir. Girişdə mühafizə yoxlayır. Mobil telefonlar qadağan edilib, xəstəxana ərazisində stasionar telefonlar işləyib, ancaq onlar da köhnə olub. Bu telefonlarla pasient ilə bir neçə dəqiqə danışmaq olar.

Sanitarkalar çox yaxşı, mehriban, vicdanlıdırlar, pul götürmək istəmirdilər”, – xəstənin qohumlarından biri bildirib. “Mən həkimlərin amansız olduqlarını deməzdim, onlar xəstələrlə yaxşı davranırdılar”, – başqa biri deyib.

Mərkəzin ərazisi həmişə təmiz olur. Təmizlik işlərini əmək terapiyası kimi xəstələr özləri edirlər. Kimsə öz şərhində yazıb ki, elektrik plitəsi nasaz olub. Düzdür, amma bu plitəni xəstələrdən biri təmir edib. Qışda içəridə çox isti olurdu, bu məsələdə qənaət etmirdilər.

Yanğında həlak olan xəstələrdən biri Jenyadır. Şahidlər onun yerə yıxıldığını görüblər, ancaq yanğınsöndürənlərdən heç biri ona oksigen maskası verməyib”, – mərhumun yaxınlarından biri bildirib.

Ərazidə dustaqlar üçün də korpus olub. Orada həqiqətən dəhşətli şeylər baş verirmiş. Təkcə barmaqlıqlar nəyə desən dəyər, pasientlər deyiblər../azadliq.info


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net