Ana səhifə

Məktəbdə valideynlərə 8 Mart “hədiyyəsi” - “Uşağa deyib 35 manat gətir, haradan alım bu pulu?”

    Tarix: 04-03-2018 16:35   


Qarşıdan 8 mart beynəlxalq qadınlar günü gəlir. Hər zaman olduğu kimi bu il də 8 mart bayramı münasibəti ilə məktəblərdə müəllimlərə hədiyyə almaq üçün pul yığımına başlanıb.





Övladı Xətai rayonunda yerləşən 27 saylı orta məktəbdə təhsil alan adının çəkilməsini istəməyən valideynlərdən biri, PressClub.Az-a deyib ki, dünən uşağına sinif rəhbəri tərəfindən tapşırıq verilib: “Qızıma və sinif yoldaşlarına deyiblər ki, bu gün – 8 marta görə 35 manat gətirin. Mən də kasıb adamam, bu qədər pulu haradan verim? Bəs məktəblərdə rüşvət yoxdu deyirdilər”.

Məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. Məktəbdə özünü təlim-tərbiyyə üzrə müavin kimi təqdim edən xanım bildirdi ki, heç bir şagirddən pul alınmır: “Şagirdlər müəllimlərini təbrik etmək istəyirlərsə, buna qarışa bilmərik. Amma pul yığılması söhbəti yalandır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net