Ana səhifə

“KİM ŞİKAYƏT EDİR MƏNDƏN?” – Fazil Məmmədovdan SƏRT AÇIQLAMA

    Tarix: 15-02-2018 09:27   
“KİM ŞİKAYƏT EDİR MƏNDƏN?” – Fazil Məmmədovdan SƏRT AÇIQLAMA
Ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq-mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib.

Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş Şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

Onun sözlərinə görə, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirdiklərini qeyd edib.

“AzPolitika”nın məlumatına görə, Prezident Administrasiyasına edilən şikayətlərlə bağlı “Bizim Yol” keçmiş vergilər naziri Fazil Məmmədovdan münasibət öyrənib. Keçmiş nazir heç bir halda qanundan kənar iş görülmədiyini bildirib:

“Kim şikayət edib məndən? Bu nədir yazırsız… Heç kimin hesabı qanunsuz dondurula bilməz. Heç kimə əlavə borc yazıla bilməz. Kimə nəsə yazılıbsa, o da qanun çərçivəsində yazılıb. Kiməsə qanundan kənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır”.

Xatırladaq ki, dünən hazırki Vergilər naziri Mikayıl Cabbarov da əvvəlki rəhbərliyin fəaliyyətini tənqid etmiş, vergi ödəyicilərindən qanunsuz ödənişlər tələb olunduğunu bildirmişdi. Fazil Məmmədovun bu açıqlamasını müəyyən qədər onun M.Cabbarova da cavabı kimi qiymətləndirmək olar.

V.Nəsibovшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net