Ana səhifə

"OLYMPUS PARk" Tikinti şirkətinin İşçileri vətəndaşları daşladı -VİDEO

    Tarix: 07-02-2018 09:20   
 "OLYMPUS PARk" Tikinti şirkətinin  İşçileri vətəndaşları daşladı -VİDEO




Fevralın 5-də gecənin bir yarısı Yasamal rayon sakinləri traktorun səsinə həyətə tökülüşüblər.

Sakinlərin dediyinə görə, yaxınlıqda tikinti həyata keçirən “OLYMPUS PARK” şirkətinin işçiləri gecə ilə burada yaşayanları daşlayaraq, həyətlərini söküb.

“Bir də gördük ki, 15 nəfər kişi əllərində daşlarla güllə kimi gəlirlər. Biz də keçdik hasarın yanına ki, deyək hara gəlirsiz üstümüzə? Onlar bizi daşlamağa başladılar. Traktorun sürücüsü də üstümüzə cumdu”.

"OLYMPUS PARk" şirkəti bu ailələrin də evini almaq istəyib. Həyəti sökülən Zemfira Babayeva şirkətlə razılığa gələ bilmədiklərini deyir. Onlara hər kvadratmetrə 1650 manat təklif olunub. Sakinlər ailələrinə uyğun mənzil ala bilməyəcəklərini düşünürlər.

“OLYMPUS PARK” şirkətinin işçiləri ötən il burada yaşayan Şövkət Həsənovanın evini gecə ilə uçurmuşdular.

Şikayətçi şirkətin əməkdaşlarının onlara qarşı zorakılıq etdiyini də açıqlamışdı.

Qanunvericiliyə görə, mülkiyyətçinin torpağı dövlət ehtiyacları üçün satın alına bilər. Bunun üçün Nazirlər Kabineti qərar çıxarır, sonra onun əsasında Baki Şəhər İcra Hakimiyyəti sərəncam verir. Bu tikinti şirkətinin torpaqları dövlət ehtiyaclarına görə alıb-almadığı da bəlli deyil. Şirkətlə əlaqə saxlamaq mümkün olmadı. Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti isə suallarımızı cavablamadı.

Sakinlərin dediyinə görə, Yasamal Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov bura gələrək tikintinin dayandırılacağını, vətəndaşlarla razılığa gələndən sonra davam ediləcəyini deyib.шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net