Ana səhifə

“Mən Hafiz Hacıyevin KQB-də hönkür-hönkür ağladığını da görmüşəm,İsa Qəmbərin əlindən öpməyə hazır olduğunu da “

    Tarix: 05-01-2018 08:47   
 “Mən Hafiz Hacıyevin KQB-də hönkür-hönkür ağladığını da görmüşəm,İsa Qəmbərin əlindən öpməyə hazır olduğunu da “

Xəbər verdiyimiz kimi, vaxtilə AXC hakimiyyətdə təmsil olunmuş keçmiş “Azərbalıq” Dövlət Konserninin sabiq sədri, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sabiq müdafiə naziri Rəhim Qazıyev haqda sərt fikirlər səsləndirib, onun papağını necə əldə etməsindən danışıb.

O, modern.az saytına açıqlamasında deyib: “Rəhim Qazıyev Elçibəy hakimiyyətinə xəyanət edən bir adam olub. Qiyamçı Sürət Hüseynovla bir yerdə dayanıb. Rəhim Qazıyev Azərbaycanda separatizmin çiçəklənməsinə rəvac verən biridir. “Talış Muğan Respublikası”nın yaradılmasında əli olan insandır. Azərbaycanın bəzi rayonlarının işğal olunması ərəfəsində “özümü öldürəcəyəm” ifadəsi ilə gündəmə gələn birisinin hansısa uğurlu işi yoxdur ki, danışaq. Hər halda Rəhim Qazıyev Rusiya kəşfiyyatına işləyən bir insan olub. Həmin dövrlərdə də biz bunun şahidi olmuşuq, maliyyə köməyi olmasına baxmayaraq, pulları hərbə vermədi, apardı haradasa gizlətdi, sonra da nəyəsə nail ola bilmədi. Çox güman ki, o, indi də rus kəşfiyyatına çalışır. Başındakı buxara papağı o vaxtdan qoyur. Od olmasa, tüstü çıxmaz . Yəqin nəsə olub ki, belə danışırlar”.

R.Qazıyev Criminal.az saytına açıqlamasında bildirdi ki, həmin adamın adını dilinə gətirmək istəmir. ''Mən o adamı bərkə düşəndə hönkür-hönkür ağlayan görmüşəm. Həm KQB-də, həm cəbhədə bu gün söydüyü İsa Qəmbərin əlindən öpməyə hazır olduğunu da görmüşəm. Bu adamın da taleyinə belə düşüb...

Bir şəkili bazarda ucuz qiymətə uzunqulaq satırmış. Uzunqulaq da canlı olur. Qoca bir kişi baxıb görür ki, bu uzunqulaq işə yarayana oxşayır, istəyir alsın. Satıcıya yaxınlaşaraq soruşur ki, bu canlı, cavan uzunqulağı niyə belə ucuz qiymətə satır. Satıcı deyir ki, bu uzunqulaq üzdəniraqdı. Kişi fikirləşir ki, üzdəniraq olsun də, işimi görsün. Beləliklə ucuz qiymətə uzunqulağı alır, başlayır işlətməyə. Kənddə camaatdan buğdanı toplayır, uzunqulağa yükləyərək aparır su dəyirmanına üyüdür, sonra gətirib sahiblərinə paylayaraq pul qazanır. Bir gün həmin kişi dəyirmandan hazır yükü uzunqulağa yükləyərək geri qayıtmaq istəyir. Bu zaman uzunqulaq balaca çayın ortasında yatır, bütün un məhv olur. Kişi əsəbi halda eşşəyi ona satanın yanına gəlir ki, bəs mən səndən soruşdum ki, eşşəyin eyibini de, sən də dedin ki üzdəniraqdı... Axı bu eşşək suda yatır... Eşşəyi satan deyir ki, üzdəniraq suda da yatar, quruda da, onlardan hər şey gözləmək olar...

O ki qalıdı papaq məsələsinə, həmin adam papaq nə olduğunu bilmədən ağzına gələni söyləyə bilər. Yəqin qardaşından nəsə almaq üçün səfehləyir''.

R.Qazıyev bir müddət əvvəl saytlarda onun haqda yazılmış təhqir dolu yazılara da münasibət bildirdi '' Bir müddət əvvəl saytlardan birində haqqımda böhtan dolu yazı yazmışdılar. Yazmışdılar ki, Rəhim Qazıyev əsgərlikdə Usinovun sürücüsü olub və həmin vaxtdan onu xüsusi xidmətə cəlb ediblər. Mən də həmin sayta zəng edib əvvəl başladım onların yazıdğına heyrətimi bildirdim və soruşdum ki, 50-55 il əvvəl olanları neə tapıb yazırsınız? Onlar da hətta sevinib qürur duydular yazdıqlarından. Sonra dedim ki, mən əsgərlikdə olmamışam axı... Bir sözlə, kimisə təhqir etməyə ağıl, savad, elm lazım deyil. Bəzi saytlar belə təhqir dolu yazılar yazmağı özünə fəxr bilir''.

шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net