Ana səhifə

“Baku Medical Plaza”da ölən xəstənin yaxınları -“Pulu qaytarmamaq üçün belə ediblər, əslində xəstə gecəndən ölmüşdü“-VİDEO

    Tarix: 04-12-2017 19:34   
“Baku Medical Plaza”da ölən xəstənin yaxınları -“Pulu qaytarmamaq üçün belə ediblər, əslində xəstə gecəndən ölmüşdü“-VİDEO

“Pula görə riskli əməliyyatı boynuna götürdü”

Laçın rayonundan məcburi köçkün Cabbarova Səmiyyə “Baku Medical Plaza”da başına gətiririlənlərə görə hüquq mühafizə orqanlarına müraciət edib. Eləcə də, mətbuat vasitəsi ilə məsələnin ictimailəşdirilməsini istəyir.

1992-ci ildən Biləcəri qəsəbəsindəki Dəmiryolçular yataqxanasında birotaqlı mənzildə məskunlaşan Səmiyyə xanım bildirir ki, həyat yoldaşı Hüseynov Zakir 2000-ci ildə infarkt keçirib. Respublika klinik xəstəxanasında Sultanov adlı həkimdən müalicə alıb. Daim həkim nəzarətində olub. 2017-ci ilin oktyabrın 17-də yenidən ürəyində problem yaranıb. Dərhal həkimə müraciət olunub. Respublika klinik xəstəxanasından Topçubaşov adına xəstəxanaya göndərilib.



Səmiyyə Cabbarova əməkdaşımızla söhbətdə deyib: “Xəstəxanada Nicat həkim baxdı, “anju” əməliyyatı edə bilməyəcəyini, əməliyyat üçün çox riskli olacağını dedi. Bizə bildirdi ki, yoldaşımı əməliyyat etməyə razı deyil, çünki həyati risk var, cərrahiyə masasında qala bilər”.

Bundan sonra mərhum Zakir Hüseynovu yenidən Respublika Klinik xəstəxanasına gətiriblər. Bu dəfə xəstəni “Baku Medical Plaza”ya, orada ürək cərrahiyəsini həyata keçirən Üzeyir Rəhimovun qəbuluna məsləhət görüblər: “Elə həmin günü, klinikaya getdik, Üzeyir həkimin qəbuluna yazıldıq. Bir neçə dəqiqədən sonra həkim baxdı, analizin nəticələrinə göz gəzdirdi və təcili əməliyyatın vacib olduğunu dedi. Biz də klinikaya 4550 manat pul ödədik. Bir gün əməliyyata hazırlıq üçün yoldaşımı saxladılar klinikada. Sabahı günortadan sonra əməliyyata girdi. Biz Üzeyir həkimə dedik ki, sizdən qabaq cərrah əməliyyata götürmədi, riskli olduğunu bildirdikdə, Üzeyir həkim gülümsəyərək, heç bir problem olmadığını, bir saata əməliyyatın yekunlaşacağını bildirdi. Pula görə riskli əməliyyatı boynuna götürdü ”.

Xəstənin yaxınlarına “qaraçı” deyən həkimdən daha bir kobudluq

Şikayətçi bildirir ki, əməliyatdan sonra xəstənin vəziyyəti yaxşı olmayıb. Həkim ona süni nəfəs qoşub. Amma təzyiq 30-dan yuxarı qalxmayıb. Bu halda səhərə kimi də saxlayıblar, komadan ayılmayıb. Yəni bizim klinikaya ödədiyimiz pulu qaytarmamaq üçün belə ediblər. Əslində xəstə gecəndən ölüb.

Səmiyyə xanım deyir ki, yoldaşının əməliyyat üçün “Baku Medical Plaza”ya ödədikləri pulu borc-xərc kimi toplayıblar: “Yoldaşımın 7 mərasimindən sonra xəstəxanaya, həkimin yanına getdim. Bir az etirazımı etdim. Çox çətin şəraitdə yaşayırıq. Əməliyyat üçün pulu borc etmişdik. Həmin puldan heç olmasa yarı miqdarının qaytarılmasını istədim ki, borclarımızın bir hissəsini ödəyək. Həkim mənə dedi ki, hələ siz min manat da klinikaya borclusunuz. Klinikanın bir manat da qaytarmayacağını dedi və bildirdi ki, “gedin hara istəyirsiz şikayət edin””.

Məcburi köçkün qeyd edib ki, 2 gündən sonra yenidən klinikaya gedib: “Dedim, bəlkə insafa gələlər. Kolidorda həkimi gördüm. Mühafizəçilərə də qışqırdı ki, sizə deməmişəm bu qaraçını içəri buraxmayın! İndi pis durumda qalmışam. Vəziyyətim göz qabağındadır. 2017-ci ilin may ayından işlədiyim Dəmiryolşular xəstəxanasından ixtisar adı ilə işdən çıxarılmışam. Təqaüd hesabına yaşayıram. Bilmirəm borcluların pulunu necə qaytaracağam?”

Məsələ ilə bağlı Zakir Hüseynovun həkimi olmuş Sultanovla əlaqə saxladıq. O xəstənin vəziyyətinin həqiqətən ağır olduğunu bildirdi. Buna görə də əməliyyata ehtiyac olduğunu deyib.
“Baku Medical Plaza”da xəstəni əməliyyat etmiş Üzeyir Rəhimov isə məsələyə münasibət öyrənən əməkdaşımıza qarşı kobudluq edib: “Şikayəti varsa, Səhiyə nazirliyinə şikayət etsin. Mən heç kimə açıqlama vermirəm və heç kimdən də qorxmuram”,-deyə telefonda bildirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə mövqe öyrənmək cəhdimiz hələki alınmayıb.
Mövzunu diqqətdə saxlayacağıq.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net