Ana səhifə

214 saylı məktəbin direktoru müəllimlərdən pul yığır - "nazirlik də məndən tələb edir"

    Tarix: 10-11-2017 04:44   
214 saylı məktəbin direktoru müəllimlərdən pul yığır - "nazirlik də məndən tələb edir"
214 saylı məktəbin direktoru müəllimlərdən pul yığır - "nazirlik də məndən tələb edir"
Anaxrber.Az Saytına göndərilən şikayət məktubunu təqdim edirik.

Müəllimlərin əmək haqlarının aşağı olmasına baxmayaraq, Təhsil Nazirliyinin tələbi ilə müəllimlərdən
əlavə pullar yığılır. Bu pullar dərsdən sonra uşaqları universitetə hazırlaşmağa kömək edən
müəllimlərdən, yəni repititorlardan tələb olunur. Bu pulları da direktor Nazirliyə görə yığdığını deyir.
Məktəb təhsil ocağıdır. Məktəb müqəddəsdir. Yadimdadır ki, biz məktəbdə oxuyan zaman müəllimlərin
müqəddəs bir varlıq olduğunu düşünürdük. Amma indiki zamanda bəzi direktorların tələbi ilə yığılan
pullar müəllimləri həm şagirdlərin, həm də valideynlərin gözü önündə aşağı salır. Pulların yığılıb hara
gedəcəyi bilinmir. Qeyd etdiyimiz hadisələrdən biri Nizami rayonunda yerləşən 214 saylı tam orta
məktəbin direktoru Ağayeva Esmira Azər qızının idarə etdiyi məktəbdə rast gəlinir. Direktor məktəbdə
repititorluqla məşğul olan müəllimlərdən aylıq pul tələb edir. Həmçinin müəllimləri məcbur edir ki, kim
onlarla məşğul olmasa, kurslara və ya digər müəllimlərin yanına hazırlığa gedən şagirdlərin qiymətini
salsın aşağı ki, onlar sizinlə məşğul olsun, xeyri bizim məktəbə qalsın. Müəllimlər etiraz etdikdə, Esmira
xanım deyir ki, nə edək Nazirliyin tələbidir. Amma heç kim bilmir ki, pulları həqiqətən Nazirlik tələb
edir, yoxsa Esmira xanımın öz təşəbbüsüdür. Bundan agah olan valideynlər çox narahat olurlar.
Valideynler qeyd edirlər ki, müəllimlər əvvəlki direktorların dövründə başqa qiymətə məşğul olurdularsa,
hazırda Esmira xanımın tələbi ilə qiymətlərin artmasına səbəb olub və uşaqlar qorxudan digər
müəllimlərə də müraciət edə bilmirlər. Direktorun dediyinə əsasən hər şagirdə görə Nazirlik üçün pul
yığır və iddia edir ki, pullar mənə çatmır, Nazirlik də məndən tələb edir. Bu qədər uşağa Nazirlik necə
nəzarət edə bilər? Lakin fakt odur ki, 214 saylı məktəbdə müəllimlər repititorluq pullarından diroktorun
katibəsinə ödəniş edirlər. Yaxşı olardı ki, Nazirlik bu işlə əlaqədar açıqlama versin, direktorun
özbaşınalığına son qoysun.
Anaxrber.Az

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net