Ana səhifə

Mədəniyyət nazirindən cəngəllik qaydalarına uyğun açıqlama

    Tarix: 18-10-2017 03:25   
  Mədəniyyət nazirindən cəngəllik qaydalarına uyğun açıqlama

“Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil”.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Milli Şuranın mitinqlərində bir neçə əməkdar artist və aktyorun iştirak etməsinə belə bir absurd yanaşma ilə münasibət bildirib.


“Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”, – deyə o, əlavə edib.

Milli Şuranın 7 oktyabr mitinqində əməkdar artistlər – İlqar Cahangir və Ayşad Məmmədov, habelə aktyor Abbas Qəhrəmanov iştirak edib.

Azərbaycan rəsmiləri dövlət və hakimiyyət anlayışlarını daim və bilərəkdən qarışdıraraq, hakimiyyətin tənqidini dövlət əleyhinə çağırış kimi təqdim edir. Bu baxımdan nazir Qarayevin də vətəndaşların konistitusiyada nəzərdə tutulmuş hüquqlarını reallaşdırmasına belə münasibət bildirməsi təəccüblü deyil. Bu açıqlama ən yüksək vəzifəli şəxslərin qanunlara açıq hörmətsizliyinin daha bir bariz nümunəsidir.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net