Ana səhifə

Azərbaycanla Malta arasındakı korrupsiyanı araşdıran jurnalist öldürüldü

    Tarix: 17-10-2017 09:20   
 Azərbaycanla Malta arasındakı korrupsiyanı araşdıran jurnalist öldürüldü
Məşhur Maltalı jurnalist Dafne Karuana Qalizia maşınının partladılması nəticəsində həlak olub. Bu barədə məlumatı “Malta today” qəzeti yayıb.
Məlumatda bildirilir ki, çox güclü bomba partlayışı nəticəsində jurnalist həlak olub.Jurnalistin cəsədi partlayış nəticəsində tanınmaz hala düşüb.
Qalizia Malta rəsmiləri ilə Azərbaycan hökumətinin nümayəndəlıri arasında korrupsiya əlaqələri haqqında araşdırma materialları ilə məşhurlaşmışdı.
Baş vermiş hadisəni Baş Nazir Cozef Muskat ifadə azadlığına qarşı iyrənc hücum kimi qiymətləndirmiş və cinayətkarlar cəzalandırılana qədər sakut olmayacağını bəyan edib.

Malta ABŞ hökumətinə baş vermiş hadisənin araşdırılması üçün müraciət edib. Artıq müraciətə müsbət cavab verilib və Federal Təhqiqatlar Bürosunun əməkdaşları Maltaya yola düşüblər.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net