Ana səhifə

“Hakimiyyət kadr dəyişikliyi ilə islahatı səhv salır“

    Tarix: 04-08-2017 23:00   
“Hakimiyyət kadr dəyişikliyi ilə  islahatı səhv salır“


Mirmahmud Mirəlioğlu: “Kadr dəyişikliyi islahat sayıla bilməz”

Ölkədə demokratik islahatların keçiriləcəyi, bu yöndə mərhələli şəkildə müəyyən addımların atılacağı ilə bağlı ölkə mediasında zaman-zaman müxtəlif ehtimal və proqnozlar səslənib. Maraqlıdır, hazırkı siyasi-iqtisadi reallıq fonunda hakimiyyətin bu islahatlara gedəcəyi nə dərəcədə inandırıcı görünür? Belə bir gözlənti üçün oprimist olmağa əsas varmı?



Anaxeber.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu hazırkı gedişatın nikbin olmağa əsas vermədiyini vurğuladı:
“Islahatlarla bağlı hakimiyyətin fikir və mülahizələri islahat anlayışı ilə tərs mütənasibdir. Onlar islahat haqqında fərqli düşünür, kadr dəyişikliyini islahat hesab edirlər. Əlinin yerinə Vəlinin, Həsənin yerinə Hüseynin gətirilməsini islahat kimi qiymətləndirirlər. Halbuki, bu, islahat deyil. Əgər bundan sonra da islahat anlayışına bu cür yanaşacaqlarsa, optimist olmağa əsas yoxdur. Bir daha qeyd edirəm ki, kadr dəyişikliyi islahat deyil və islahat kimi qəbul edilə bilməz”.
Anaxeber.az-

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net