Ana səhifə

Benzindən sonra qiymətlərdə artım var...

    Tarix: 28-07-2017 23:13   
Benzindən sonra qiymətlərdə artım var...

Bakıda alıcılar ətin, bəzi tərəvəz məhsullarının, yağın, şirniyyatın qiymətinin artdığını deyirlər. Yerli media sərnişindaşıma nəqliyyatında da artım olduğunu yazır.

İqtisadçı Qubad İbadoğlu düşünür ki, bu, yeni bahalaşma dalğasının başlanğıcıdır, onun proqnozuna görə oktyabr ayında qiymətlər daha da artacaq.



63 yaşlı Nazim Rzayev deyir ki, bu qədər qiymət artımından sonra dolanışığı daha da çətinləşib. O, əlavə edir ki, ölkədə istehsal olunan məhsulların niyə bahalaşdığını anlamır:

“Ət, qarpız, pomidor, xiyar və digər məhsullar bahalaşıb. Halbuki, bu məhsullar ölkədə istehsal olunur. Bunların qiyməti nədən bahalanır? Hər adam ət ala bilmir, amma hər kəs istəyərdi ki, ət yesin”.

Alıcılar deyir ki, ətin qiyməti hardasa 3-4 manat artaraq, 13-15 manat olub, əvvəllər 15-20 manata olan konfetlər isə 25-30 manata olub. Alıcılar deyirlər ki, bəzi yağların qiyməti də hardasa 4 manat bahalaşaraq, 11-13 manata qalxıb. Alıcılar bahalaşmanın son bir neçə ayda müşahidə olduğunu qeyd edirlər.

Buna da bax: Tarif Şurası: “Benzinin bahalanmasının yük və sərnişindaşımaya aidiyyatı yoxdur”

Dövlət Statistika Komitəsi qiymət dəyişiklikləri ilə bağlı rəsmi məlumatları avqust ayının ortalarında açıqlayacağını bildirir.


Bahalaşma haqda məlumatlara şərh almaq üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

İqtisadçı alim Qubad İbadoğlu düşünür ki, bu bahalaşma bir sıra səbəblərlə bağlıdır:

“Bu hələ başlanğıcdır. Bundan sonrakı aylarda da ölkədə ümumi qiymət artımı müşahidə olacaq, inflyasiya səviyyəsi artacaq. Bahalaşmanı şərtləndirən əsasən qeyri-humanitar amillərdir. Mövsümi, xərc, məsrəf amilləridir. Eyni zamanda idxal mallarının bazarda payının yüksəlməsidir. Bundan başqa inhisar, azad bazar rəqabətinin olmaması da qiymət artımına təsir edir. İllərdir ki, rəqabət məcəlləsi qəbul olunmur”.



Qubad İbadoğlu hesab edir ki, həm hüquqi, həm tənzimləyici sektorda, həm iqtisadi sahədə islahatlar aparılmayınca ölkədə bahalaşma davam edəcək. Bakı sakinləri də aldıqları maaşın nəyə çatıb, nəyə çatmadığından danışırlar?

Sakinlər ərzaq məhsullarından başqa həm də sərnişin və yükdaşıma qiymətlərinin artdığını deyirlər. Qiymət artımı, özəlliklə, şəhərlərarası marşrutda müşahidə olunur: 6 manata olan gediş haqqının 10 manata qalxdığı deyilir.

Bakı Beynəlxalq Avtovağzalından bu məlumatı nə təsdiq, nə də inkar etdilər.


İqtisadçı Qubad İbadoğlu isə deyir ki, benzinin qiyməti artandan sonra yük və sərnişin daşınmasında qiymət artımı gözlənilən idi.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net