Ana səhifə

“İntiharlar həddindən artıq artıb” – Millət vəkilindən SOS

    Tarix: 26-07-2017 19:56   
“İntiharlar həddindən artıq artıb” – Millət vəkilindən SOS
Fazil Mustafa: “Bu intiharlarda hamının məsuliyyət payı var”

Şəmkir rayonunun Zəyəm qəsəbəsində ana iki övladı ilə birlikdə özünü qatarı altına ataraq intihar edib. Məlumat üçün qeyd edək ki, ötən il Bakı kəndlərinin birində də oxşar hadisə baş vermiş, ana övladları ilə brilikdə intihar etmişdir.
Maraqlıdır, son vaxtlar getdikcə artan ailəcə intiharlarda dövlətin, müvafiq instansiyaların məsuliyyət payı varmı? Yoxsa baş verənlər sadəcə fərdi faciə kimi dəyərləndirilməlidir?


Anaxeber.az-a açıqlama verən millət vəkili Fazil Mustafa baş verənlərə görə hər kəsin məsuliyyət daşıdığını vurğuladı:
“Əlbəttə, baş verən bu intiharlarla bağlı hamının üzərinə məsuliyyət düşür. Ailələrin problemlərinin həlli istiqamətində bəzi addımlar atılmalıdır. Onlar diqqətdən kənarda qalmamalıdır. Çünki insanların laqeydliklə üzləşməsi onlarda psixoloji pozğunluqlar yaradır və bu səbədən də onlar bu cür addımlara əl atırlar.
Baş verən bu hadisələr dövlət və onun müvafiq qurumları, ailə institutları tərəfindən təhlil edilməlidir. Bu problemlərin həlli istiqamətində konkret addımların atılması günün tələbidir. Çünki intiharlar həddindən artıq artıb. Bu isə ciddi təhlükədən xəbər verir”.

Seymur Əliyev

Anaxeber.az

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net