Ana səhifə

“İsa Qəmbərin, Pənah Hüseynin, Arif Hacılının, Əli Kərimlinin susqunluğu anlaşılan deyil”

    Tarix: 25-07-2017 12:16   
“İsa Qəmbərin, Pənah Hüseynin, Arif Hacılının, Əli Kərimlinin susqunluğu anlaşılan deyil”
Elçibəyə milli liderimiz deyənlər ona yönəlik ittihamlar qarşısında susurlar”



Tanınmış hüquqşünas Aslan İsmayılov facebook səhifəsində sabiq müdafiə naziri Rəhim Qazıyevin mərhum prezident Əbülfəz Elçibəylə bağlı səsləndirdiyi ittihamlarla bağlı maraqlı fikirlər irəli sürüb. Hüquqşünas Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginliyin hökm sürdüyü hazırkı məqamda, bu ittihamların meydana çıxmasının təsadüf olmadığı qənaətindədir. Habelə, A.İsmayılovun fikrincə, R.Qazıyevin ittihamları ilə bağlı o dövrün siyasi proseslərində yaxından iştirak edən şəxslərin susqunluq sərgiləməsi də anlaşılan deyil.
Hüquqşünas Anaxeber.az-a açıqlamasında konkret şəxslərin adını çəkərək onların susqunluğuna anlam verə bilmədiyini vurğulayıb:
“Bunun hamısını o dövrdə hakimiyyətdə olmuş şəxslər yaxşı bilir. Indi adbaad deyirəm – İsa Qəmbər, Pənah Hüseyn, Arif Hacılı, Əli Kərimli əsl həqiqətin nədən ibarət olduğunu hamıdan yaxşı bilirlər. Sadəcə, onlar niyə susurlar – bax mənə bu maraqlıdır. Niyə susurlar?
Bunların hamısı elan edir ki, Ə.Elçibəy bizim mənəvi liderimizdir. Mənəvi liderlərini R.Qazıyev satqınlıqda, xəyanətdə ittiham edir. Bunlar niyə susurlar? Çox güman ki, bu məsələyə onların hər birinin fərd olaraq cavab verməməsi onların R.Qazıyevdən qorxmaları deməkdir”.



Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net