Ana səhifə

“Rəhim Qazıyev kimdi ki, Elçibəyin şəxsiyyətinə kölgə sala bilsin”

    Tarix: 24-07-2017 17:42   

“Rəhim Qazıyev kimdi ki,  Elçibəyin şəxsiyyətinə kölgə sala bilsin”

Sərdar Cəlaloğlu: “Əbülfəz Elçibəy öz xalqını hər kəsdən çox düşünən lider olub və tarixdə də belə qalacaq”

Sabiq müdafiə naziri Rəhim Qazıyev mətbuata açıqlamasında mərhum prezident Əbüləz Elçibəylə bağlı bəzi ittihamlar səsləndirib. R.Qazıyev Şuşa və Laçının işalında onun rolunun olduğunu bildirib. Habelə, R.Qazıyev qeyd edib ki, rus qoşunlarını Azərbaycandan Ə.Elçibəy deyil, o çıxardıb.


Məsələ ilə bağlı Anaxeber.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu R.Qazıyevin dediklrini gülünc adlandırıb:
“R.Qazıyev kim idi ki, rus qoşununu Azərbaycandan çıxartsın? İkincisi, Şuşa və Laçının işğalı zamanı R.Qazıyev müdafiə naziir idi. Müdafiə naziri kimi baş verən hadisənin günahını prezidentdə görür, o şey ki, prezidentin səlahiyyətindədir, onu da özünə aid edir. Adama deyərlər ki, sənin hansı statusun var idi ki, rus ordusunu Azərbaycandan çıxardasan? Sən prezident idin, ölkəni təmsil edirdin, Azərbaycanda hərəkatın lideri idin? Kim idin ki, rus ordusunu çıxardasan? Sən müdafiə naziri idin. Laçını, Şuşanı qorumalı idin. Qoruya bilmədin.
Ə.Elçibəy haqq dünyasındadır. Biz hamımız şahidik ki, həmin hadisələr necə baş verib. R.Qazyevin fəaliyyəti nədən ibarət olub. Bunu Azərbaycanda bilməyən yoxdur. Kim bilmir ki, R.Qazıyevin müdafiə naiziri kimi hansı nöqsanları olub?
Bu iqtidar bir dəfə də olsun Elçibəyi ciddi şəkildə ərazilərin itirilməsində ittiham etməyib. Hamı bilir ki, Elçibəyin orda heç bir günahı, heç bir yanlışlığı olmayıb. Hərbi sahədəki bütün uğursuzluqlara görə müdafiə naziir cavabdehlik daşıyır, prezident yox.
Ə.Elçibəy Azərbaycan Xalq Hərəkatında iştirak edənlər arasında öz dövlətini, xalqını, onun gələcəyini hər kəsdən daha çox düşünən, namuslu bir lider olub. O, tarixdə bu cür də qalacaqdır. Yüz dənə R.Qazıyev də gəlsə, Elçibəyin şəxsiyyətinə kölgə sala bilməz”.
Anaxeber.az

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net